“Delta” ştammının özünü məhvetmə səbəbi və bunun qorxulu cəhətləi

10:13 26-11-2021 | icon 339 | Sağlamlıq
“Delta” ştammının özünü məhvetmə səbəbi və bunun qorxulu cəhətləi

İzolyasiya və müxtəlif ştammların olmaması Yaponiyada koronavirusun “delta” variantının özünü məhv etməsinə şərait yaradıb.

 

Bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistemlər Biologiyası Məktəbinin professoru Ança Baranova bildirib. Onun sözlərinə görə, güman ki, Yaponiyaya “nsp14” zülalında mutasiyaların toplandığı bir “delta” çatıb.

 

“Bu zülal isə virusun mutasiyaları düzəltmək qabiliyyətini müəyyən edir. Ancaq “nsp14”-ün özü “xarab olduğundan” artıq heç nəyi düzəldə bilmədi, səhvlər nəzarətsiz şəkildə çoxalmağa başladı. Sonda virus özü üçün kədərli sona çatdı”, - deyə mütəxəssis bildirib.

 

Ekspert həmçinin bildirib ki, Yaponiyada koronavirusun yoxa çıxmasına təkcə ölkənin Avropadan nisbətən təcrid olunması deyil, həm də vətəndaşların məhdudlaşdırıcı tədbirlərə intizamlı münasibəti kömək edib.

 

Bununla belə genetik, Yaponiyadakı kimi Rusiyada da koronavirusun “delta” ştammının yoxa çıxmasının təhlükəli hesab edib. Onun fikrincə “delta”nın yüksək yoluxuculuq səviyyəsi virusun digər variantlarının yayılmasının qarşısını alır.

 

“Daha zərərli ştammlar var, onların arasında anticisimlərdən yayınanları da var ki, onları vaksin məhv edir. “Delta” özünü məhv edərsə, digər ştammlar isə “sevinərsə” və “gələrsə”, ehtimal ki, vəziyyət daha da pisləşə bilər”, - deyə Baranova bildirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR