Nazirlikdən əhaliyə MÜRACİƏT

15:16 29-11-2021 | icon 693 | Hadisə
Nazirlikdən əhaliyə MÜRACİƏT

Yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib.

 

Nazirlikdən Versus.Az-a verilən məlumata görə, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılan statistik təhlili göstərir ki, respublika ərazisində baş verən yanğınların böyük əksəriyyəti yaşayış sektorunun payına düşür.

 

Yaşayış sektorunda baş verən yanğınların isə təqribən 50 faizi elektrik avadanlıqlarının, 15 faizi qaz cihazlarının (qurğularının) quraşdırılması və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəbindən baş verir.

 

Bununla yanaşı, odla və qaynaq vasitəsilə işlər görülərkən ehtiyatsızlıq, nəzarətsiz qalan uşaqların odla oynaması kimi səbəblər də yanğınların baş verməsində əsas faktorlardandır.

 

Nazirlik qeyd olunanlarla bağlı vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə əhaliyə müraciət edərək, aşağıda göstərilən mühüm yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladıb:

 

- Elektrik və qaz şəbəkəsinin quraşdırılmasını yalnız mütəxəssislərə həvalə edin və bu məqsədlə keyfiyyətli məhsullardan istifadə edin;

- Standartlara uyğun olmayan qaz cihazlarından istifadə zəhərlənmə, yanğın və partlayış təhlükəsi yaratdığından, onların istismarına yol verməyin;

- Elektrik xətlərini və uzadıcılarını həddindən artıq yükləməyin;

- Elektrik avadanlıqları və qaz cihazlarını işlək vəziyyətdə qoyub mənzili tərk etməyin;

- Mənzil daxilində, eyvan və pilləkən qəfəslərində tezalışan yanar maddə saxlamayın; 

- Mənzilə daxil olarkən qaz qoxusu hiss etdikdə işığı yandırmayın, qapı-pəncərələri açın, mənzilə qazın girişini bağlayın və mütəxəssis çağırın;

- Uşaqların elektrik və qaz cihazlarından istifadəsinə yol verməyin;

- Azyaşlıları nəzarətsiz qoymayın;

- Tam söndürülməmiş kibrit və siqaret kötüyünü zibil qutusuna və ya eyvandan atmayın;

 

Təhlükə zamanı 112-yə zəng vurun.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR