Hər gün isti su içməyin 10 faydası

22:02 02-12-2021 | icon 409 | Sağlamlıq
Hər gün isti su içməyin 10 faydası

Suyu isti halda içmək soyuq içməkdən daha çox fayda verir. Belə ki, soyuq əvəzinə suyu isti və ya ilıq içərək bədəninizi daha mükəmməl hala gətirə bilərsiniz...

 

 

 

Versus.az isti suyun faydalarını təqdim edir...

 

 

  1. Çəki itirmə

Əgər bir neçə artıq kilonuzun olduğunuzu düşünürsünüzsə, metabolizminizi sağlam bir şəkildə mühafizə etmək üçün isti suyun sizə inanılmaz yardımı olacaqdır. Bunun üçün günə içinə biraz limon sıxılmış isti su içərək başlayın. Metabolizminizi sürətləndirməklə yanaşı isti su yağ təbəqəsinin də parçalanmasına öz təsirini göstərəcəkdir.

2. Burun və boğazın təmizlənməsi

İsti su içmək soyuqlama, öskürək və boğaz ağrısı üçün mükəmməl təbii vasitəsir. Bəlğəmi aradan qaldırır və bədəndən kənar olmasını təmin edir. Nəticədə də boğazı rahatladır, həmçinin burun tutulmasının aradan qaldırılmasında da yardımçı olur.

3. Menstruasiya sancıları

İsti su menstruasiya sancılarının azaldılmasına müsbət təsir göstərir. Suyun temperaturunun qarın əzələləri üzərində sakitləşdirici və rahatladıcı təsiri vardır ki, bu da nəticədə yığılma və spazmların azalmasında effektivdir.

4. Detoks

İsti su detoks prosesində inanılmaz köməkçidir. İsti su içdiyiniz zaman bədən temperaturunuz yüksəlməyə başlayır ki, bu da tərləmənizə səbəb olur. Bu, arzu olunan haldır, çünki toksinlərin bədənimizdən kənarlaşmasına yardımçı olur. Ən effektiv nəticə əldə etmək üçün isə içmədən əvvəl suya biraz limon sıxın.

5. Erkən yaşlanmanın qarşısını almaq

Toksinləri bədəninizdən kənarlaşdırmaq istəməyinizin bir səbəbi də var: toksinlər sizi daha sürətli yaşlandırır.

İsti su içmək elastikliyi azalmış və sərbəst radikalların aşındırdığı dəri hüceyrələrinin özlərini yeniləməsinə kömək edir və beləliklə də dəriniz daha gənc və yumşaq görünür.

6. Civzələr və qara nöqtələrin qarşısının alınması

İsti su bədəninizi dərindən təmizləyir və civzələrin yaranmasının əsas səbəblərini aradan qaldırır.

7. Sağlam və canlı saçlar

İsti su içmək həmçinin yumşaq və parlaq saçlara sahib olmaq üçün ən ideal vasitələrdəndir. Saç köklərindəki sinir uclarına enerji verir və bunları aktiv hala gətirir. Bu, saçlarınızın təbii canlılığının geri qazanılmasında və sağlam görünməsində olduqca təsirlidir.

8. Sağlam saçlar

İsti su içərək saç köklərinə təsir etmənin bir başqa müsbət təsiri də saçlarınızın çoxalması və daha sağlam uzanmasıdır.

9. Kəpəyin yaranmasının qarşısının alınması

İsti su saç dərinizi nəmləndirəcəyi üçün dərinin qurumasının və kəpəyin yaranmasının qarşısını alır.

10. Daha çox qan dövranı və daha sağlam sinir sistemi

İsti su içməyin digər bir əhəmiyyətli faydası da əzələlərinizin və sinir sisteminizin düzgün fəaliyyət göstərməsi üçün önəmli olan qan dövranının artmasıdır. Həmçinin ətrafındakı yağ yığınını parçalayır və sinir sisteminizin daha sağlam çalışmasına yardımçı olur.

Səhərlər müntəzəm olaraq mədəniz boş halda, acqarına bir stəkan isti və ya ilıq su içməyiniz tövsiyə olunur. Bu, bağırsaqlarınızda olan hər hansı qalıqları həll edər və bağırsaqlarınızın daha düzgün və ağrısız fəaliyyətinə yardımçı olar.(medicina.az)

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR