“Çölə çıxın, şərəfsizlər” deyib, qadını öldürdü
Dəhşətli hadisənin görüntüləri ortaya çıxdı
Türkiyədə iki uşaq anası 28 yaşlı Xədicə adlı qadın işlədiyi şirniyyat mağazasında həyat yoldaşının yanında ov tüfəngi ilə öldürülüb.
Versus.Az xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyənin Burdur əyalətində baş verib.
Qadını öldürən Ramazan Topay məhkəmədə deyib ki, - "qorxsun deyə atəş açdım. Həmin həyəcanla güllə Xədicəyə dəydi. Məqsədim öldürmək deyildi”
Digər tərəfdən, Topayın qadını öldürdüyü anların görüntüsü ortaya çıxıb.
Qəsdən adam öldürmə maddəsi ilə ömürlük həbs cəzası ilə mühakimə olunan Ramazan Topay, Xədicə ilə bir müddət dostluq münasibəti olduğunu iddia edib: "Hadisə baş verən günü tanımadığım bir nömrədən mənə zəng etdilər. Dəmir ustası olduğum üçün bununla bağlı iş tapşıracaqlarını dedilər. Çağırdıqları yerə getdiyim zaman Xədicənin qohumları olduqlarını bildirdilər və məni hədələdilər. Mənim və ailəmin bu işdə zərər görəcəyini dedilər. Xədicəyə zəng etdim, WhatsApp-da "məqsədin nədir, niyə məni təhdid edirsən, sənə maddi və mənəvi kömək etdim", deyə mesaj yazdım. O da məni təhqir etdi. Maşınımda olan silah ilə onun iş yerinə getdim, “çölə çıxın”,- deyə qışqırıb, Xədicə ilə danışacağımı bildirdim. Həmin anda qorxsun deyə atəş açdım. Təsadüfən güllə Xədicəyə dəydi”.
Xədicənin həyat yoldaşı Mehmet Işık isə məhkəmədə bunları deyib:
"Həyat yoldaşımın təqsirləndirilən şəxslə dostluğundan xəbərim olmayıb. Təsadüfən mağazada idim. Təqsirləndirilən şəxs gəlib qapını açdı. Əvvəlcə həyat yoldaşım gördü. Sonra isə “çölə çıxın, şərəfsizlər, hamınızı öldürəcəyəm”,- deyərək 3 dəfə atəş açdı. Yoldaşımı vurduqdan sonra məni də vuracaqdı. O sırada silahı əlindən aldım. O isə hadisə yerindən qaçdı”.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"