Milli xalçalarımız Ukraynada tapıldı
Azərbaycanlı gənc Seymur Abuşov Ukraynanın Vinnitsa şəhərində dünyanın müxtəlif ölkələrindən Azərbaycan xalçalarını toplayaraq kolleksiya yaradıb.
Kolleksiyada vaxtilə ermənilərin öz adlarına çıxararaq Avropaya daşıdığı milli xalçalarımız, o cümlədən Qarabağ xalçaları da var. Azərbaycandan başqa digər türkdilli ölkələrin tarixi xalçalarını da kolleksiyasında toplayan Seymur burada anadan olub və böyüyüb. Əslən İmişli rayonundan olan azərbaycanlı gənc kolleksiyaçı bu missiyaya istiqamətləndirən onun ata tərəfdən ailəsinin əvvəldən xalçaçılıqla məşğul olması olub.
Kolleksiyasında başda Avropa ölkələri olmaqla dünyanın bir çox ölkələrindən tapıb topladığı qədim Azərbaycan xalçaları Quba, Şirvan, Qarabağ, Mil düzü və Dərbənd bölgəsinə məxsus xalçalardır. Xalçalar toxunma tarixinə görə 19-cu əsr və 20-ci əsrin əvəllərinə aiddir. Aralarında Şuşadan çıxarılaraq Avropada ermənilərin öz adları ilə təqdim etdiyi milli xalçalarımız da var ki, azərbaycanlı kolleksiyaçı onları tapıb, alıb, gətirib milli Azərbaycan mənsubiyyətini özünə qaytararaq, kolleksiyasında rəsmiləşdirib.
Kolleksiyaçı deyir ki, xalçalar Azərbaycandan əsasən 20-ci əsrin əvəllərində inqilablar ərəfəsi, bir qismi isə SSRİ dağılan ərəfədə, Vətən müharibəsi zamanı çıxarılıb. Yalnız Azərbaycan xalçalarının kolleksiyası ilə məhdudlaşmayan Seymurun digər qardaşı yerli deputat Teymur Abuşov isə birgə diaspor və yerli ictimai işlərdə də fəaldır. Qardaşı Teymur Abuşov artıq ötən ildən Vinnitsada yerli radanın deputatı seçilib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"