Ermənistanın bütün əsassız iddiaları çürüdü

19:04 09-12-2021 | icon 379 | Geopolitika
Ermənistanın bütün əsassız iddiaları çürüdü

Turan Rzayev: “Ermənistan Azərbaycanı yox, Azərbaycan Ermənistanı şikayət etməlidir

 

Ermənistanın Beynəlxalq Məhkəmədə Azərbaycana qarşı irəli sürdüyü iddialar və absurd davranışlar səngimir. Dünən keçirilən Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan üçün fiasko ilə nəticələnsə də, öz məkirli iddiasından əl çəkmir. Məhkəmə Ermənistanın irəli sürdüyü əsas iddiaları təmin etməməklə Brüssel görüşünə hansı baqajı hazırlamış oldu?

 

Versus.Az xəbər verir ki, mövzuyla bağlı açıqlama verən politoloq Turan Rzayev hesab edir ki, Ermənistan Beynəlxalq Məhkəmədə nail olmaq istədiyi hüquqi üstünlükdən məhrum oldu.

 

Onun sözlərinə görə, Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın irəli sürdüyü iddiaları təmin etməməsi düzgün qərardır və hər birinin konkret səbəbi var:

 

“Rəsmi İrəvan onsuz da məhkəmənin qərarından çəkinirdi. Təsadüfi deyil ki, məhz buna görə erməni tərəfi minaladıqları ərazilərin xəritələrini məhkəmədən öncə Azərbaycana qaytardı. Lakin bu hiyləgər gediş də Ermənistanın istəyinə nail olmasına səbəb olmadı. Məhkəmə Ermənistanın əsas iddiası və məqsədi olan “müharibə məhbuslarının dərhal geri qaytarılmasına dair iddiasını” təmin etmədi. Erməni tərəfi iddia edir ki, Azərbaycanda “müharibə məhbusları" məhz erməni əsilli olduğu üçün saxlanılır. Yəni ermənilər bu iddianı etnik nifrət kontekstində irəli sürüblər”.

 

T.Rzayev vurğuladı ki, Ermənistanın qeyd etdiyi kimi, Azərbaycandamüharibə məhbusu yoxdur. Politoloq xatırlatdı ki, rəsmi Bakı 44 günlük müharibə zamanı hərbi əsir kimi ələ keçirilən erməni hərbçilərini elə müharibə gedişində beynəlxalq hüquqa uyğun olaraq rəsmi İrəvana təhvil verib:

 

“10 noyabr bəyanatı sonrası Azərbaycanın ələ keçirdiyi erməni hərbçilər isə heç bir halda hərbi əsir və ya Ermənistanın dediyi kimi "müharibə məhbusu" adlana bilməz. O ki qaldı Ermənistanın irəli sürdüyü etnik nifrət arqumentinə bu çox absurd yanaşmadır. Hər kəsə məlumdur ki, bu gün Azərbaycanda erməni əsilli vətəndaşlar yaşayır. Bu günə qədər də onlara qarşı etnik zəmində zorakılıq ya da nifrət ünsürləri sərgilənməyib. Görünür, Beynəlxalq Ədalət Məhkəməsidə Ermənistanın bu təklifini məntiqsiz və əsassız sayıb ki, onu təmin etməyib”.

 

Politoloq Ermənistanın Hərbi Qənimətlər Parkının bağlanmasına dair iddiasının təmin edilmədiyini qeyd edərək, belə bir tələbin irəli sürülməsini kökündən yanlış sayıb:

 

“Heç bir ölkə başqa bir ölkə ərazisində salınan parkın bağlanmasını tələb edə bilməz. Əvvəla, ona görə ki, bu təklif Azərbaycanın daxili işinə qarışmaq deməkdir. Bundan başqa bu və bu kimi parkların salınmasını məhdudlaşdıran və ya qadağa edən beynəlxalq konversiya yoxdur. Dünyanın bir çox ölkəsində bənzər parklar və ya hərbi muzeylər mövcudur. Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılmasına dair iddiasını təmin etməyib. Hesab edirəm ki, bu məsələdə Ermənistan Azərbaycanı yox, Azərbaycan Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinə şikayət etməlidir. Ermənistanın 90-cı illərdə başda Xocalı soyqırımı olmaqla törətdiyi çoxsaylı cinayətlər insan haqlarının kobud şəkildə pozulmasıdır”.

 

T.Rzayev bildirdi ki, 44 günlük müharibə zamanı Ermənistanın hərbi əsirlərə rəftarı, qeyri-insani davranışı bundan başqa 27 illik işğal dövründə Azərbaycan ərazisinə vurduğu ziyan da erməni vəhşiliyinin təcəssümüdür. Politoloq vurğuladı ki, Azərbaycan dəfələrlə beynəlxalq təşkilatlara müraciət edib ki, istənilən vaxt onlar gəlib həm müharibə zamanı, həm də müharibə sonrası saxlanılan hərbi əsirlər, eyni zamanda diversantların səhhəti ilə maraqlana bilərlər. Ermənistan isə bu günə qədər belə bir təklif etməyib:

 

“Hesab edirəm, Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın iddialarına baxmaması Azərbaycan tərəfinin vaxtında və əsaslandırılmış şəkildə sübut, dəlilləri məhkəməyə təqdim etməsindən qaynaqlanır. Bu mənada deyə bilərik ki, Azərbaycanın əsaslı arqumentləri və təqdim etdiyi sənədlər Ermənistanın bütün əsassız iddialarını çürütdü.

Bundan başqa, Azərbaycanın sübut, dəlilləri məhkəməyə təqdim etməsi nəticəsində məhkəmə Ermənistanda etnik zəmində zorakı çağırışlar edən qruplaşmalar və fərdi şəxslərə qarşı Ermənistan dövlətinin təcili tədbirlər görülməsinə dair qərar verdi”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı