"Zatulin həmişə erməni diasporunun dəstəyi ilə çalışıb"
Rusiya Dövlət Dumasının üzvü Konstantin Zatulin barəsində çox şey demək olar. Zatulin Dövlət Dumasının üzvü olmamışdan öncə də Azərbaycana qarşı düşmən mövqe tutan insanlardan biri idi.
Versus.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.
O.Əsədov bildirib ki, K.Zatulin həmişə erməni diasporunun dəstəyi ilə çalışıb:
“Parlamentə seçildiyi regionda da erməni diasporu ona dəstək verib”.
Spiker qeyd edib ki, “Lazarev klubu”nda bir neçə rusiyalıdan başqa erməni mənşəllilər təmsil olunur:
“Lazarevin kökü də erməni olub. O vaxt Azərbaycanda qırğınlar törədənlərdən biri olub. Belə cılız hərəkətlərlə Azərbaycan-Rusiya münasibətlərini poza bilməzlər. Mən artıq
Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodinə məktub yazmışam. Yəqin ki, bir ölçü götürüləcək”.
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”