Alla Puqaçovanın mini geyimi MÜZAKİRƏLƏRDƏ

14:52 13-12-2021 | icon 474 | Şou-biznes
Alla Puqaçovanın mini geyimi MÜZAKİRƏLƏRDƏ

Rusiyalı məşhur artist və aparıcı Maksim Qalkin həyat yoldaşı 72 yaşlı Alla Puqaçovanın qara rəngli dəridən olan mini paltarda şəklini çəkib. Müğənninin yeni fotoda görünüşü pərəstişkarlarını təəccübləndirib. Müvafiq şəkil və şərhlər rusiyalı komediya ustasının “Instagram” səhifəsində yer alıb.

 

72 yaşlı ulduz kəmərli dəri mini paltar, hündürdaban çəkmələr və qısa əlcəklərdə poz verib.

 

“Alloçka şəkil çəkdirməyi sevmir, amma nahaq! Çətinliklə razı saldım!” – deyə Qalkin 700 mindən artıq bəyənilən paylaşımına şərh yazıb.

 

Sosial şəbəkə istifadəçiləri şərhlərdə ifaçının xarici görünüşünü geniş müzakirə ediblər.

 

“Möhtəşəm gözəl!”, “Əla görünür! Stilli, dəbli, gənc! Uzun ömür və can sağlığı!”, “Həmişə olduğu kimi möhtəşəm” – deyə pərəstişkarlar heyranlıqlarını bildiriblər.

 

Bəzi istifadəçilər isə Puqaçovanın geyiminin yaşına uyğun geyinmədiyini düşünüblər.

 

“Axı daha gəncləşmək mümkün deyil. Yaşa uyğunlaşmaq lazımdır, böyük müğənnimiz təəssüf ki, bunu necə edəcəyini bilmir”, “Ətək dizə qədər uzansaydı, əla olardı, belə isə gülünc görünür”, “72 yaşlı yazıq qızcığaz qısa paltar barədə ölçü hissini itirib”, “Yeniyetmə paltarında nənə”, - deyə onlar narazılıqlarını bildiriblər.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...