Cütlüyün yataqda yatma tərzindən asılı olan xoşbəxtliyi - İNANC

08:18 17-12-2021 | icon 425 | Maraqlı
Cütlüyün yataqda yatma tərzindən asılı olan xoşbəxtliyi - İNANC
Bəzən cütlüklər vərdişlərinə uyğun yataqda özlərinə rahat yeri seçirlər. Kimi sağ tərəfdə, kimi sol tərəfdə. Çox zaman isə qadın tez-tez oyandığı və uşağa baxdığı üçün qapıya tərəf yeri seçir.
 
 
Versus.Az xəbər verir ki, qədim inanclara görə, cütlüyün yataqda yatma tərzindən onların xoşbəxtliyi asılıdır.
 
 
Nənə-babalarımız hesab edərdi ki, qadın mütləq kişinin sağında yatmalıdır. Bu onunla izah edilir ki, kişinin sağ tərəfi onun ruhuna, aurasına ən yaxın hissədir və ən çox etibar etdiyi insanın yeridir. El arasında filankəs sağ əlidir ifadəsi də etibarlılıq mənasında burdan qaynaqlanıb.
 
 
Sağ əl həqiqət və əliaçıqlığın simvoludur. Müqəddəs kitaba and içəndə mütləq sağ əli kitabın üzərinə qoyarlar.
Sağ əllə görüşülür, sağ əllə uşağın başına sığal çəkilir, sağ əlin kürəyə vurulması etibar nişanəsidir.
 
 
Sol əl isə yalan simvoludur. Ona görə də, qadın kişinin sağında yatmalıdır.
 
 
Çin fəlsəfəsi fen şuya görə də qadın yataqda kişinin sağ tərəfində olmalıdır. Sağ tərəf qadın enerjisidir. Sağ tərəfdə yatdıqda qadın enerjisi ilə kişini üstələyib, onu yataqda daha əmin edə, eləcə də kişinin xəyanətinin qarşısını ala bilər.
 
 
Çin və yapon inanclarına görə, kişinin sol tərəfində yatdıqda qadının hamilə qalması və uşaq doğması çətinləşir.
 
 
Qadının sol tərəfi onun uşağının beşiyinin yeridir. O, sol əli ilə övladını sakitləşdirməli, sağ əli ilə ərinə toxunmalıdır.
 
 
Elə hesab edilir ki, intuitiv olaraq ərinə uşaq kimi yanaşan, ana yerini tutan qadın avtomatik onun sol tərəfində uzanır.
 
Bu da cütlüyün intim energetikasını dağıdır, konfliktlərə, yataqda soyuqluğa yol açır. /medicina.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR