Şəhid Təbrizin xanımı onun arzularını reallaşdırır

17:27 08-12-2018 | icon 526 | Cəmiyyət
Şəhid Təbrizin xanımı onun arzularını reallaşdırır

 

Pərişan Musazadə: “Bütün şəhid övladlarının təhsil almasına yardım etmək istəyirik”

 

 

“Şəhid və kimsəsiz övladlara dəstək” İctimai Birliyi dekabrın 8-dən fəaliyyətə start verdi.

 

Versus.Az-ın məlumatına görə, bu gün Qarabaq əlilləri, şəhid ailələri və ictimai xadimlərin iştiraki ilə Beynəlxalq Mətbuat Mərkəzində “Şəhid və kimsəsiz övladlara dəstək” İctimai Birliyinin təqdimatı keçirilib. Adıçəkilən ictimai birliyin ideya müəllifi, eyni zamanda yaradıcısı Azərbaycan Bayrağı ordenli aprel şəhidi mayor Təbriz Musazadənin xanımı Pərişan Musazadədir.

 

 

Pərişan Musazadə çıxışında bildirib ki, bu ictimai birliyi yaratmaqda məqsədləri şəhid və qayğıya ehtiyacı olan uşaqların yanında olmaq, onların qayğı və problemləri ilə maraqlanmaq və bu problemlərin həlli yolunda müəyyən addımlar atmaqdır:

 

“İctimai Birliyimiz fəaliyyət göstərəcəyi müddətdə şəhid övladları və eləcə də kimsəsiz uşaqlarımızla bağlı bir sıra tədbirlər görəcəyik. Belə kionarın təhsili, səhhəti, maddi və mənəvi problemləri, əyləncələri üçün adımlar atılacaq, layihələr təşkil edəcəyik”.

 

Pərişan xanım qeyd edib ki, İctimai Birlikdə uşaqların təhsili sahəsində hazırlıqların təşkili, yerləşdirilməsi işi təhsil üzrə baş koordinatorun səlahiyyətindədir:

 

“Həkimlər üzrə psixoloqumuz işləyir. Mətbuat sahəsinə jurnalistlərimiz baxacaq. Bundan başqa, bizə qoşulmaq istəyən hər bir kəs “Facebook” sosial şəbəkəsində “Şəhid övladları və kimsəsiz uşaqlara yardım ictimai birliyi” səhifəmiz vasitəsilə bizimlə əlaqə saxlaya bilərlər”.

 

Birlik sədri bildirib ki, könüllü müəllimlər - birlik üzvləri - şəhid və kimsəsiz uşaqlara müxtəlif fənlər üzrə təmənnasız kurslar keçəcək, maddi və mənəvi dəstək göstərəcəklər:

 

“Təbriz öz övladlarının, onların timsalında millətin gələcəyi olan bütün uşaqların təhsil almalarını, vətən üçün layiqli övlad kimi böyümələrini arzulayardı. Hətta təşkilat yaradıb əlindən gələn köməklik göstərmək barədə düşünürdü. Bu gün onun arzusunu yerinə yetirməyə çalışıram. Mən Təbrizin yadigarı Tayfun və Onurun atasına layiq övlad kimi böyüməsi üçün əlimdən gələni edirəm. Övladlarımız kimi bütün şəhid övladlarının da təhsil almasına az da olsa yardım etmək istəyirik. Qoy canını bu vətənə fəda edənlərin övladları ilə bağlı arzuları yarımçıq qalmasın”.

 

Gözəl Nəcəfli
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR