Xəzərin hüquqi statusuna dair Konvensiyanın əsas nailiyyəti

12:08 10-12-2018 | icon 402 | Gündəm
Xəzərin hüquqi statusuna dair Konvensiyanın əsas nailiyyəti

 

Xəzərin hüquqi statusuna dair Konvensiyanın əsas nailiyyəti dənizində baş verən hər bir şeyə görə beş dövlətin öz məsuliyyətini təsdiq etməsidir, bu sənəd Xəzəryanı dövlətlərin müxtəlif sahələrdə əməkdaşlığının inkişafına güclü təkan verəcək.

 

Versus.Az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Qeyd edək ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran liderlərinin sammiti keçirilib ki, zirvə toplantısının yekunu üzrə region üçün tarixi sənəd - Xəzər dənizinin statusuna dair Konvensiya imzalanıb.

 

Rusiyalı nazir bildirib ki, Aktaudakı Xəzər sammiti dənizin hüquqi statusuna dair Konvensiya üzərində iyirmi ildən artıqdır davam edən işə yekun vurdu:

 

"Bu, ilk növbədə Xəzərin bizə verdiyi faydalardan - enerji və bioloji resurslardan və nəqliyyat imkanlarından daha səmərəli istifadə etmək üçün tələb olunurdu. Mən hesab edirəm ki, Konvensiyanın əsas nailiyyətlərindən biri beş dövlətin Xəzərdə baş verə biləcək hər şey üçün öz məsuliyyətini birmənalı şəkildə təsdiq etməsidir. Bu dövlətlər Xəzərdə meydana çıxacaq bütün məsələləri özləri həll edəcəklər".

 

S.Lavrov əlavə edib ki, qeyri-regional ölkələr isə Xəzəryanı dövlətlər tərəfindən bu Konvensiyada razılaşdırılmış şərtlər əsasında əməkdaşlıq etməyə dəvət olunurlar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR