“Azərpoçt” “Rusiya poçtu” ilə  memorandum imzalayıb

12:31 10-12-2018 | icon 583 | İqtisadiyyat
“Azərpoçt” “Rusiya poçtu” ilə  memorandum imzalayıb

 

“Bakutel-2018” 24-cü Azərbaycan  Beynəlxalq Telekommunikasiya,  İnnovasiya  və Yüksək Texnologiyalar  sərgi-konfransı çərçivəsində “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Rusiya poçtu” arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Məqsəd tərəflər arasında poçt, maliyyə və elektron xidmətlər sahəsində yaranan problemlərin aradan qaldırılmasıdır.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Versus.Az-a verilən məlumata görə, “Azərpoçt” elektron ticarət məhsullarının poçtla göndərilməsi və çatdırılması sahəsində 2 ildir ki, beynəlxalq “HUB” layihəsini həyata keçirir. Bu layihənin həyata keçirilməsində “Rusiya Poçtu” “Azərpoçt”un əsas  tərəfdaşlarından biridir. Sözügedən layihə çərçivəsində “Rusiya Poçtu” ilə daha öncə də beynəlxalq poçt xidmətləri sahəsində əməkdaşlıq haqqında ikitərəfli saziş bağlanıb. Hazırda isə imzalanan memorandumun məqsədi beynəlxalq daşımalar zamanı yaranan problemlərin hər iki ölkənin poçtdaşımalarının maraqlarına əsasən həll edilməsi istiqamətində yeni addımlar atmaqdır.

 

Qeyd edək ki, “Azərpoçt”un tranzit mərkəzi vasitəsilə Azərbaycandan Rusiyaya 2018-ci ilin 9 ayı ərzində göndərilən poçt həcminin ümumi çəkisi 93.485 kq təşkil edib.

Memoranduma əsasən,  Çin tərəfinin sadə kiçik paketləri üzrə terminal xərcləri üçün hər iki tərəfin maraqlarına cavab verən məqbul tariflər formalaşdırılacaq.  “Rusiya Poçtu”nda həyata keçirilən sadələşdirilmiş, qeydiyyatdan keçmiş poçt xidməti üçün terminal xərclərinin vəziyyəti tənzimlənəcək, beynəlxalq elektron ticarət paketləri üçün daxil olan tarif güzəştində qarşılıqlı endirimlərin tətbiqi üzrə addımlar atılacaq və beləliklə, poçt göndərişlərinin qəbulu zamanı şərti ödənişlə bağlı mövcud problemlər aradan qaldırılacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR