““Tərtər işi” ilə bağlı yeni istintaq qrupu yaradılıbsa...”

15:50 23-12-2021 | icon 718 | Hadisə
““Tərtər işi” ilə bağlı yeni istintaq qrupu yaradılıbsa...”

Şair Ramaldanov: “Bu o demək deyil ki, yeni həbslər olacaq”

 

“"Tərtər işi" istər sosial şəbəkələrdə, istərsə də digər sosial platformalarda xüsusi narahatlıqla gündəmdə saxlanılır. Bunun ətrafında müəyyən spekulyasiyalar da var”.

 

Versus.Az xəbər verir ki, bunu hərbi ekspert Şair Ramaldanov “Tərtər işi”-nin yenidən açılması və istintaqın başlanmasının səbəbləri və gözləntilər barədə açıqlamasında bildirib.

 

Ekspert qeyd edib ki, Azərbaycanda "Tərtər işi"-nə hüquqi qiymət verilib və müəyyən istintaq nəticələrinə görə, kimlərsə  məsuliyyətə cəlb olunub:

 

““Tərtər işi”nin yenidən qaldırılmasında təəccüblü heç nə yoxdur. Bu bir daha onu göstərir ki, dövlətin və bizim hüquq-mühafizə orqanlarının “Tərtər işi” ilə bağlı heç nəyi gizlində saxlamaq məqsədi yoxdur. Sadəcə istintaq prosesi gedib və müəyyən materiallar bazası işlənilib. Və onun da nəticəsi olaraq ilkin istintaqı aparanların da arasında təxminən 12 nəfər məsuliyyətə cəlb olunan var”.

 

Ş.Ramaldanov bildirib ki, Tərtər məsələsi ilə bağlı cəmiyyətdə ciddi narahatlıq var:

 

““Məsələyə baxılmır”, hüquq çərçivəsində lazım olan səviyyədə araşdırılmır”-deyə Hərbi Prokurorluğa müəyyən iradlar edilirdi.  Bu, cəmiyyəti narahat edən proses olduğundan belə bir istintaq qrupu yaradılıb. Bu o demək deyil ki, yeni həbslər olacaq. Əgər təqdim olunan yeni materiallarda cinayət təkribi faktları varsa, cavabdeh şəxslər cavab verəcəklər. Hüququ qiymət verilməli məqamlar qiymətini alacaq”.

 

Ş.Ramaldanov hesab edir ki, “Tərtər işi” ilə bağlı yeni istintaq qrupu yaradılıbsa, bu, dövlətin cəmiyyətin narahatlığına diqqətli yanaşmasıdır.

 

Ekspertin fikrincə, yeni istintaq prosesində əvvəlki istintaq zamanı nəzərdən qaçan, yaxud yeni faktlar əsasında təqdim olunan materiallar əsasında müəyyən qərarlar qəbul edilə bilər:

 

“Məsələni hüquqşünaslara həvalə etməklə gözləməliyik. Əgər kimdəsə əlavə dəlillər, sübutlar varsa onları istintaq qrupuna təqdim etməklə istintaqın gedişinə kömək edə bilərlər. Yeni faktlar yoxdursa, istintaq qrupu köhnə materiallar əsasında öz işini yekunlaşdıracaq. Və öz işini cəmiyyətin bütün suallarına cavab verə biləcək tərzdə quracaq və haqq-ədalət öz yerini tapacaq”. /hafta.az/

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı