“21 Azər” Hərəkatının 73-cü ildönümü

17:20 11-12-2018 | icon 373 | Siyasət
“21 Azər” Hərəkatının 73-cü ildönümü

 

Ümid Partiyası “21 Azər” Hərəkatının 73-cü ildönümü münasibətilə soydaşlarımızı təbrik edib.

 

Bu barədə Versus.Az-a Ümid Partiyasından bildirilib.

73 il öncə 21 Azər tarixində (dekabrın 12-də) vətənimizin Güneyində AZƏRBAYCAN dövlətçiliyi adına önəmli bir olay yaşandı. Mənəvi paytaxtımız Təbrizdə Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə Azərbaycan Milli Hökumətinin qurulması millətimiz adına böyük nailiyyət idi. 1918-ci ildə Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə Şərqdə ilk cumhuriyyət - Azərbaycan Demokratik Cumhuriyyətinin qurulmasından sonra Güney Azərbaycanda da millətimizin öz dövlətini qurması şanlı tariximizin parlaq səhifəsi idi. Bir il ərzində Feridun İbrahimilər, Səlamulla Cavidlər, Cəfər Kaviyanlar, Məhəmməd Biriyalar, Qulam Yahyaları ilə gerçək bir xalq hökumətinə çevrilmiş Azərbaycan Milli Hökuməti bu gün təkcə Azərbaycan türkləri deyil, məntəqə xalqları tərəfindən də sayğı ilə anılır. Təsadüfi deyil ki, bu gün o şərəfli tarixdən bizi 73 illik bir zaman ayırır. 73 il insanların o dönəmin nisgilini yaşadığı bir tarix.

 

Ümid Partiyası bu tarixi gün münasibətilə güneyli-quzeyli bütün soydaşlarımızı təbrik edir, bu qutsal yolda şəhid olanları rəhmətlə anır və mübarizə aparanlara da uğurlar diləyir.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR