"Niyə yerində verilmiş bir fərmanı bu qədər rüsvay etdiniz?"

22:41 11-12-2018 | icon 734 | Siyasət
"Niyə yerində verilmiş bir fərmanı bu qədər rüsvay etdiniz?"

 

"Ölkə Prezidenti fərman verdi ki, şəhid ailələrinə 11000 manat verilsin. Biz Prezident seçkiləri debatlarında şəhidlər, əlillər, onların ailələri barədə çox məsələləri dedik, addım atılmasının vacibliyini vurğuladıq, hər bir namizədin platformasında bu məsələlər vardı. Prezident fərman imzaladı və bu, cəmiyyət tərəfindən ruh yüksəkliyi, minnətdarlıqla qarşılandı".

 

Versus.Az xəbər verir ki, bunu AXCP sədri Razi Nurullayev deyib. Partiya sədri bildirib ki, qərarı verən zaman iqtidar haqqın yerini tapacağını, vətənpərvərlik ruhunun yüksələcəyini, dövlət qayğısının gəncləri ruhlandıracağını və torpaq uğrunda ölmək istəyənlərin sayının çoxalacağını düşünüb:

 

"Amma, bilin, tam tərsi oldu. Bu dövlətin 10-15 milyon artıq pulu yoxdur ki, narazı qalan şəhid ailələri razı salınsın? Bir bankdan oğurlanan məbləğ milyardlarla ölçülür, vəzifədən çıxarılanların sərvəti Amerika milyarderlərinin sərvətləri ilə ölçülür axı...

Lap deyək ki, bir şəhid ailəsi 11 mini haqsız olaraq tələb edir. Göz yumun, verin o məbləği. Çünki o, əzizini itirib, bu problemi yaradanlar – sizlər şəhid verməyə razısınızmı? Bir əzizinizin həyatını 11 minə yox, bütün varidatınızla qiymətləndirərsiz. Şəhid ailəsi olmaq, şəhid vermək sizə beləmi asan gəlir?

Niyə gözəl və yerində verilmiş bir fərmanı bu qədər rüsvay etdiniz, gözdən saldınız və gənclərin də döyüş ruhunu öldürdünüz? Hər gün sosial şəbəkələrdə şəhid ailələrinin şikayət və ürəkdağlayan videoları yayılır, onlar ən yüksək səslə hayqırırlar, ədalət tələb edirlər. Axı buna milyonlarla vətəndaşlarımız baxır, minlərlə erməni baxır və sevinir. Budurmu yaratdığımız vətənpərvərlik, beləmi Qarabağı xilas edəcəyik?"

 

R.Nurullayev bəyan edib ki, nə qədər gec deyil, ayılmaq lazımdır, şəhidlərlə, şəhid ailələri, torpaq uğrunda ölənlərlə və onlara bərabər tutulanlarla belə rəftar yolverilməzdir:

 

"Bu məsələni hökumət kökündən və gecikmədən həll etsin, sonra gec olacaq. Olmaz belə! Niyə imkan verək ki, bu problemlərdən fürsətcil qüvvələr yararlansın? Axı biz hamımız bu ölkənin taleyükünün altına əlimizi qoymuşuq".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR