Azərbaycanlı fotoqraf vəfat edib
Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Fotoqraflar Birliyinin üzvü Kamal Babayev vəfat edib.
Versus.Az xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib.
Bildirilib ki, K.Babayev uzun sürən xəstəlikdən 95 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, K.Babayev 1927-ci il iyunun 3-də Bakıda anadan olub. 1953-cü ildən “Pioner” jurnalında fotomüxbir kimi fəaliyyət göstərib. Həmin ildən Azərbaycan Dövlət İncəsənət Muzeyində ştatdankənar çalışıb, 1959-cu ildən bu muzeyin əməkdaşı olub və vəfat edənə kimi muzeyin fotoqrafı kimi işləyib.
1990-cı illərdə Moskvada çıxan “Panorama Azərbaycana” qəzeti ilə əməkdaşlıq edib, fotoşəkil və məqalələri dərc olunub. Həmən illərdə Rusiyanın Kamişin şəhərində keçirilmiş “Master i Marqarita” müsabiqəsinin və “Serdse” müsabiqəsinin diplomlarını alıb. 1995-ci ildə Fransanın Nant şəhərində açılmış “Azərbaycan fotoqraflarının əsərləri” sərgisində bir neçə əsəri ilə çıxış edib. “Azərbaycan Elmlər Akademiyası” fotoalbomunun müəllifidir.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"