“Bu partiyalar arasında bir-birini qəbul etməyən siyasətçilər çoxdur”

15:30 12-12-2018 | icon 584 | Siyasət
“Bu partiyalar arasında bir-birini qəbul etməyən siyasətçilər çoxdur”

 

 

Əlabbas Məhərrəmli: “Görüş keçirilməsə də, indidən əks fikirlər səslənməyə başlayıb”

 

 

“Toplantıya dəvət edilən siyasilərin hamısının o tədbirdə iştirak edəcəyi qənaətində deyiləm. Cünki həmin partiya sədrləri arasında bir-birilərini qəbul etməyən siyasətçilər çoxdur. Hər halda, onlardan neçəsinin görüşə qatılacağını görəcəyik”.

 

Bunu Versus.Az-a siyasi ekspert Əlabbas Məhərrəmli  “bozqurdçu” İsgəndər Həmidovun “müxalifətin zirvə görüşü” ilə bağlı təşəbbüsü və 30 siyasi partiya sədrinə edilən dəvətlə bağlı açıqlamasında bildirib.

 

Müxalifətin “zirvə görüşü” ilə bağlı məlumatı mətbuatdan aldığını deyən Ə.Məhərrəmli  hələ ki, görüş keçirilməsə də, bu barədə indidən əks fikirlərin səsləndiyini, sosial şəbəkələrdə partiya fəalları arasında gərgin polemikanın  aparılmasına diqqət çəkib:

 

“Adları siyahıda olan siyasətçilərin 36-sı yox, 6-si belə  müsbət qərar versə, tədbir baş tuta bilər. Cünki onların arasında aparıcı mövqeyə çıxmaq üçün çalışan təşkilatlar var. Əgər baş tutacaqsa, görüşün təyin olunduğu gün bütün bu məqamlara aydınlıq gələcək”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR