Məşhur boks mütəxəssisi vəfat etdi

11:49 10-01-2022 | icon 648 | İdman
Məşhur boks mütəxəssisi vəfat etdi

Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib.

 

Versus.Az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar bədən tərbiyəsi və idman xadimi Tofiq Babanlı bu gün ömrünün 85-ci ilində vəfat edib.

 

Tofiq Xanlar oğlu Babanlı 14 fevral 1937-ci ildə Naxçıvan şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda (ADBTİ) davam etdirib.1960-cı ildə institutu bitirdikdən sonra Bakı Uşaq Gənclər İdman Məktəbində boks üzrə məşqçi-müəllim kimi əmək fəaliyyətinə başlayıb.

 

Uzun illər müxtəlif idman cəmiyyətlərində və Yüksək İdman Ustalığı Məktəbində baş məşqçi vəzifəsində çalışıb. Respublika yığma komandasına rəhbərlik edib. Yetirmələri 12 dəfə SSRİ çempionatının qalibi və mükafatçısı olub. Kamal Babayev (Yetirməsi) 1965-ci ildə Azərbaycan boks tarixində ilk dəfə olaraq, gənclərin Avropa kuboku yarışında qızıl medal qazanıb.

 

1989-cu ildə ADBTİ-də pedaqoji fəaliyyətə başlayıb. 30-a yaxın elmi-metodiki əsərin, tədris vəsaitinin müəllifi olub. 1999-cu ildə dosent elmi adına layiq görülüb.

 

1952-1962-ci illərdə boks idman növü ilə fəal məşğul olub. Dəfələrlə Azərbaycan çempionu, SSRİ Həmkarlar İttifaqı mərkəzi şurası spartakiadasının gümüş, SSRİ tələbələri universiadasının qızıl medalını qazanıb. Dəfələrlə beynəlxalq yarışların qalibi olub.

 

Yüksək idman nailiyyətləri və əmək fəaliyyətinə görə SSRİ idman ustası (1958), Azərbaycan Respublikasının Əməkdar məşqçisi (1965), Ümumittifaq dərəcəli hakim (1980), Beynəlxalq dərəcəli hakim (1995), Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi (1997), Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi (2006) adlarına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2002-ci il tarixli sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilib. 5 noyabr 2012-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

 

1993-1996-cı illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsində, 1996-2012-ci illərdə isə Gənclər və İdman Nazirliyində baş məsləhətçi vəzifəsində çalışıb. Uzun müddət Azərbaycan Boks Federasiyasının baş katibi olaraq bu idman növünün inkişafına xidmət edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR