"İndi də Özbəkistanı hədəf götürüblər"

17:07 10-01-2022 | icon 356 | Geopolitika
"İndi də Özbəkistanı hədəf götürüblər"

Elxan Şahinoğlu: "Moskva Daşkəndi xərəbdar edir ki, Qazaxıstandan sonra Özbəkistanda da..."

 

"İndi də Özbəkistanı hədəf götürüblər. Daşkəndə demək istəyirlər ki, “bizimlə olmasan Qazaxıstanda olduğu kimi Özbəkistanda da xaos və vətəndaş qarşıdurması olacaq”.

 
 
Bunu Versus.az-a politoloq Elxan Şahinoğlu Belarus prezidenti Aleksandr Lukaşenkonun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) liderlərinin bugünkü onlayn müzakirəsində çıxışı zamanı dediyi sözlərə istinadən deyib.
 
 
 
"Lukaşenkonun “Qazaxıstandan sonra Özbəkistan dərs götürməlidir” fikirlərindən sonra Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov açıqlama verərək Özbəkistanın KTMT-yə qayıda biləcəyini bildirib. Kalaşnikov Qazaxıstandakı olaylara işarə edərək Daşkəndi təhdid etməyi də unutmayıb: “İndi onların (oxu: Daşkəndin ) başqa ümid yerləri olmadığından bunu istisna etmirəm”- deyə E.Şahinoğlu imperialist qüvvələrin sərsəm və təhlükəli iddialarına diqqət çəkib. 
 
 
 
Politoloq hesab edir ki, Rusiya və tərəfdarları bununla Daşkəndə demək istəyirlər ki, bizimlə olmasan Qazaxıstanda olduğu kimi Özbəkistanda da xaos və vətəndaş qarşıdurması olacaq:
 
 
"17 il əvvəl Özbəkistanda Qazaxıstandakına bənzər olaylar - Əndican şəhərində olmuşdu. Özbəkistanın keçmiş prezidenti İslam Kərimov heç kimdən dəstək istəmədən etirazı yatırtdı. Doğrudur, bu zaman müxtəlif mənbələrə görə Qazaxıstanda olduğu kimi Özbəkistanda da yüzlərlə insan həlak oldu, bunun nə qədərinin radikal element, nə qədərinin dinc etirazçı olduğu indiyənə qədər bəlli deyil. Hər halda İslam Kərimov Tokayev kimi Moskvaya müraciət edib ölkəsinin müstəqilliyini təhlükə altına atmadı. Ancaq indi Moskva Daşkəndi xərəbdar edir ki, Qazaxıstandan sonra Özbəkistanda da etirazlar və bunun ardınca silahlı toqquşmalar başlayacaq. Məqsəd Özbəkistanı da təşkilata üzv edib üzvlərin sayını çoxaltmaqdır.
Gələn xəbərlərə görə Özbəkistan prezidenti Şövkət Mirziyoyev Qazaxıstan hadisələrinin fonunda polis və ordunun gücləndirilməsi istiqamətində addımlar atıb, yerlərdə məmurların fəaliyyətlərini nəzarət altına alıb. Özbəkistanda sosial problemlər Qazaxıstanda olandan az deyil. Ona görə heç nə istisna deyil. Bir ay əvvəl kimsə Qazaxıstanın qarışacağını və bu ölkəyə kənar hərbi müdaxilənin reallaşacağını proqnozlaşdıra bilməzdi".
 
 
 
SEVDA
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı