“Kursunu dəyişmədən Türk Birliyinin gücünü bərqərar etməlidir”

14:25 13-01-2022 | icon 540 | Geopolitika
“Kursunu dəyişmədən Türk Birliyinin gücünü bərqərar etməlidir”

Ramiyə Məmmədova: "Rusiya ona görə hərəkətə keçdi ki...”

 

“Rusiyanın ən böyük türk dövlətini işğal etməsi, SSSRİ-ni yenidən yaratmaq sevdası, regiondakı gücünü bərpa etməsi, KTMT-nin “imicini” yenidən formalaşdırıb, gücləndirməsi, Türk Dövlətləri Təşkilatının imicinə zərbə vurulması və fəaliyyətinin sıfıra barəbər olması, Türkiyənin Qazaxıstana dəstək verməməsi və sair məsələlər bütün dünya mediasında müzakirə predmetidir. Türkiyə-Azərbaycan hansısa addımları atmalıdır”.

 

Bu barədə Versus.az-a şərh verən siyasi şərhçi Ramiyə Məmmədova yaranan suallar ətrafında təhlillər aparmaqla maraqlı nüanslara diqqət çəkib.

 

R.Məmmədova bildirib ki, Rusiyanın SSSRİ dağıldıqdan sonra bu nəhənq gücü yenidən bərpa etməsi və buna uyğun hər cür siyasət, oyunlar aparması, Rusiyanın tanınmış siyasətcilərinin, partiyalarının, aparıcılarının hətta bloqqerlərinin də apardığı təbliğat hər kəsə bəllidir:

 

“Aydın məsələdir ki, Rusiya üçün bu nəhənq gücü itirmək, onu yenidən bərpa etməmək, özünün bir addmlığında olan, bir zamanlar əlinin altındakı dövlətlərin onun düşmənlərinə qapı açanlara dərs verməməsi onların təbirincə axmaqlıq olardı. Rusiya hec də yeni və ondan gözlənilməyən bir hərəkət etmir, o hər zamanki kimi öz ampluasındadır. Türkiyənin son zamanlarda Qafqaz və Asiya regionunda bu qədər genişmiqyaslı hərəkətə keçməsi və Turqut Özalın zamanında Türk Dövlətləri Birliyinin vacibliyini ortaya goymasından sonra Ərdoğan bu Birliyi bugünkü şərtlərlə ən yüksək səviyyəyə gətirdi. Bu dövlətlərin gələcəkdə böyük quruluşa, Turan Bərabərliyinə dönüşməsini gözlədiyimiz halda nəyə görəsə Türkiyə Qazaxıstanda, Türk Birliyinin ən vacib ölkəsində baş verən hadisələrə cox gec reaksiya verdi”.

 

R.Məmmədova Türkiyənin bu məsələyə hansı prizmadan baxması məqamına toxunub. Onun fikrincə, Rusiya son zamanlar Türkiyə ilə cox qarşı-qarşıya gəlib:

 

“Bu Suriyadan, Liviyadan, İrakdakı əməliyyatlardan başlayaraq, Qarabağda 44 günlük savaşdakı galibiyyətə, Şuşa bəyənnaməsinə qədər davam edir. Lakin bu “kəllə kəlləyə” qəlmə hər dəfəsində iki rəhbər tərəfindən danışılaraq vəziyyət normallaşdırılır və danışıq masasında razılığa gəlinir.

Lakin, Rusiya Türkiyənin Türk Birliyi sevdasına hec isti baxmır. Nəzərə alaq ki, Rusiyanın torpaqlarında bir cox türk kökənli millətlər var və SSSRİ-nin bir cox dövlətlərinin türk dilli, türk kökənlidir. Beləliklə Türk Birliyi Türkiyə və Azərbaycan bərabərliyindən addım-addım Asiyaya yaxınlaşdığına görə Rusiya hərərkətə geçti. Bir tərəfdən də NATO-ya və Qərbə verdiyi ismarıclardır. Rusiyanın hərəkət və güc çərçivəsi daralmağa başladıqca ismarıclardan real hərəkətə qeçti və nəticədə Belorusla-Rusiya-Slavyan Birliyində birləşdi, Qazaxıstanda qan töküldü, türk millətçisi Nazarbayev “devrildi”, öz adamı olan Tokayev hakimiyyətdə qalaraq Rusiyaya calışmağa davam etməklə Türk Dövlətləri Təşkilatı başda Türkiyə olmaqla “sarsıldı”. Bəs bu həqiqətənmi elədir?!

 

R.Məmmədova mövcud reallığa diqqət çəkib:

 

“Türk Birliyi KTMTdən fərqli olaraq siyasi bir qurluşdur. Onun ordusu və dövlətlər arasında hərbi sazişi yoxdur. Türkiyə Asiya qitəsini Rusiya kimi tanımır və onun siyasətinə Rusiya kimi hakimliyi, təsir imkanları yoxdur. Secim Qazaxstanın özünə məxsusdur, o da Rusiyanı və onun təşkilatı olan KTMT-ni secdi. Çoxları bunu Türkiyə Birliyinə qarşı satqınlıq kimi də dəyərləndirir və bu Birliyin gələcəyini sual altına qoyur. Türkiyə və Rusiya ikisi də bir-birinin yürütdüyü siyasəti cox gözəl anlayır və bu sahədə bir -birinə hardasa güzəştə gedir.  Türkiyə Suriyada Bəşər Əsədi devirməyə calışdığı halda Rusiya onu qorudu və Suriya hakimiyyəti ilə hələ də münasibətlər normallaşmadı, bu vəziyyətin Qazaxstanda təkrarlanmaması ücün Tokayevi dəstəkləyərək özünün siyasətini və bu ölkədəki simasını  qorudu. Post Sovet Türk Dövlətləri anladılar ki, digər güclərə qarşı hərbi qüvvələrini yenidən formalaşdırması və yeniləməsi ücün Türkiyədən bəhrələnmələri zəruridir”.

 

Siyasi şərhçi hesab edir ki, əslində Türkiyə mürəkkəb siyasi qurluşa sahibdir. Burda həm avtokrat, həm də demokratiya mövcudluğu var:

 

"Türkiyənin başqa dövlətlərlə verdiyi bir cox qərarlar Məclisdə müzakirəyə cıxarılır və mütləq şəkildə razılaşdırılır. Onun ücün Türkiyə nə qədər sərbəst siyasət yürütsə də dünya siyasətinə və yazılan və yazılmayan qanunlara uyması zərurəti yaranır. Türk Birliyinin ən böyük gələcək şansı hər zaman dediyim kimi Ərdoğan siyasətinə bağlıdır, yəni Türkiyə siyasəti kursunu dəyişmədən Türk Birliyinin gücünü bərqərar etməlidir.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR