Tofiq Yaqublu özü özünə xəsarət yetirib?

13:26 18-01-2022 | icon 549 | Hadisə
Tofiq Yaqublu özü özünə xəsarət yetirib?

"Özünü divarlara çırpıb, bəzən də əlləri ilə üzünə zərbələr vuraraq..."

 

Dekabrın 1-də Səbail rayonunda keçirilən aksiyada saxlanılan Milli Şuranın üzvü Tofiq Yaqubluya fiziki təzyiq göstərilməsi ilə bağlı məlumat əsasında başlanan yoxlamanın nəticəsində cinayət işi başlanmasının rədd edilməsinin əsasları açıqlanıb.

 

T.Yaqublu bununla bağlı paylaşım edərək qərardan hissələrin fotolarını yayımlayıb.

 

Məlumata görə, qərarda onun özünün özünə xəsarət yetirdiyi qeyd edilib:

“Tofiq Yaqublu bölmədə ora niyə gətirildiyini bildirərək özünü divarlara çırpıb, bəzən də əlləri ilə üzünə zərbələr vuraraq özünə xəsarət yetirməyə cəhd edib. Onunla profilaktik söhbətlər aparılıb. Tofiq Yaqublu isə karantin qaydalarını pozmadığını deyərək otaqda qəflətən bir neçə dəfə öz yumruqları ilə üz nahiyyəsinə xəsarət yetirib. T.Yaqublu saat 17:45-də sərbəst şəkildə polis bölməsini tərk edərək gedib”.

 

Qərarda həmçinin əlavə edilib ki, T.Yaqublu polis bölməsinə daxil olarkən, eləcə də polis bölməsini tərk edərkən üzərində hər hansı bir gözlə görünən xəsarət izi olmayıb:

“Hətta üz nahiyəsinə öz yumruğu ilə vurması nəticəsində qızartılar olsa da, bunu yaxından diqqətlə baxdıqda görmək mümkün olub”.

 

Onu mitinq zamanı saxlayan polislər isə bildirib ki, onlar Tofiq Yaqublunun qollarından tutub polis bölməsinə təhvil verilməsi məqsədilə avtopatrul maşınına aparanda o müqavimət göstərmək məqsədilə özünü yerə çırpıb, hətta maşının qapısına üzünü vurub.

 

T.Yaqublu yekun nəticə ilə razılaşmadığını, qərarda qeyd edilənlərin yalan olduğunu bildirib.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri Suraxanı rayon sakini Yaqublu Tofiq Rəşid oğlunun polis əməkdaşları tərəfindən döyülərək fiziki zorakılığa və mənəvi təzyiqlərə məruz qalmasına dair nümayəndəsi, Vəkillər Kollegiyasının üzvü Nemət Kərimlinin müraciəti əsasında Səbail rayon prokurorluğunda araşdırma aparılıb: 

 

“Müəyyən edilib ki, Yaqublu Tofiq Rəşid oğlu 2021-ci il dekabr ayının 1-də saat 15 radələrində Səbail rayonu ərazisində karantin rejimi qaydalarını pozan hüquqazidd hərəkətlərinə görə onu polis bölməsinə dəvət etmək məcburiyyətində qalmış polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, polis bölməsinə aparılarkən özünü maşının müxtəlif hissələrinə, eləcə də bölmədə olarkən ayrı-ayrı yerlərə vuraraq özünə xəsarətlər yetirib. Bütün mümkün sübutetmə vasitələrindən istifadə olunmaqla şikayət ərizəsində qeyd olunan xüsusatlar tam və hərtərəfli araşdırılıb, polis əməkdaşları tərəfindən Yaqublu Tofiq Rəşid oğluna fiziki və psixi zorakılıqların göstərilməsi faktları müəyyən olunmayıb. Toplanmış sübutların həcmi cinayət işinin başlanması üçün əsasların olmadığı nəticəsini formalaşdırdığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilib. Qərar barədə Yaqublu Tofiq Rəşid oğlu və nümayəndəsi cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq qaydada məlumatlandırılmaqla, ondan yuxarı prokurora və məhkəməyə şikayət etmək hüququ izah olunub”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR