SMS icazə, maska və SƏRT KARANTİN geri qayıdır?

12:48 26-01-2022 | icon 630 | Sağlamlıq
SMS icazə, maska və SƏRT KARANTİN geri qayıdır?

Ölkəmizdə yoluxma sayı getdikcə artır. Bu da, təbii olaraq, insanları narahat edir. Yoluxma kəskin artsa, SMS icazə, açıq havada maska taxmaq zərurəti və sərt karantin geri qayıda bilərmi?

 

Versus.az xəbər verir ki, məsələ ilə bağlı infeksionist Vüqar Cavadzadə açıqlama verib.

 

O bildirib ki, qapanmaya getmənin heç bir mənası yoxdur, çünki yenidən yumşalmalar olan kimi yoluxma sayı da artacaq:

 

"Hazırkı dönəmdə Azərbaycanda sərt karantinə və ya "SMS icazə" xidmətinin tətbiq olunmasına ehtiyac görmürəm. Çünki yoluxma sayı 4500-4800 civarında olanda belə, sərt qapanmalara gedilmədi və "SMS icazə" xidməti bərpa olunmadı.

 

Bu səbəbdən dünənki 1600 yoluxma ilə sərt karantinə getməyə ehtiyac yoxdur. Sərt karantin tətbiq olunması da indiki dönəmdə bir çıxış yolu deyil.

 

Ölkədə 3 dəfə sərt karantin tətbiq edildi və yumşaldılma olan kimi yenidən artımlar müşahidə başladı. Əgər növbəti həftələrdə, aylarda kəskin artımlar müşahidə edilsə, o zaman bəzi sahələrdə nisbətən sərtləşmələrə getmək olar.

 

Qapalı yerlərdə maskadan istifadə məcburidir. Gündəlik yoluxma 5 mindən artıq olsa, açıq havada da maska taxılmaq tələbi qoyula bilər. Amma tamamilə sərtləşdirilmə, evdən çıxmaq üçün SMS icazə almaq, hesab edirəm ki, çıxış yolu deyil.

 

Ölkədə artıq epidemik alovlaşma başlayıb. Bəzi həmkarlarımız buna növbəti dalğa da deyirlər.

 

Hazırda yoluxma sayı 1600 civarında olsa da, bu hal səhiyyəmizi silkələyəcək bir səviyyə deyil. Bizim kifayət qədər çarpayı fondumuz var və reanimasiyanın da, səhv etmirəmsə, ümumi olaraq 20 faizində xəstə var. Bu gün üçün ciddi bir qorxu yoxdur". /sonxeber.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR