“”Sındırılandan” sonra kişilənib deyir ki, Şuşa adını qaytardım”

12:58 26-01-2022 | icon 706 | Şou-biznes
“”Sındırılandan” sonra kişilənib deyir ki, Şuşa adını qaytardım”

Ekspertdən Müşfiq Abbasovun açıqlamasına SƏRT CAVAB

 

Xəbər verdiyimiz kimi, Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandası adını “Buta” olaraq dəyişib.

 

Günlərdir ki, səngiməyən etirazlara komandanın rəhbəri, ssenarist və prodüser Müşfiq Abbasov isə çox sərt formada cavab edərək, insanların qəzəbini özünə qarşı daha da artırıb. Belə ki, o, açıqlaması zamanı bildirib ki, hamısı qələt edirlər, başlarını daşa döyürlər.

 

“Qeyrətləri, namusları, bircə qram vətənpərvərlik hissləri varsa, bütün bu neqativ yazanların, müsahibə verənlərin şəxsiyyətli, şəxsiyyətsiz olanların namuslu, namussuz olanların fərqi yoxdur, hamısına çağırış edirəm. İnşallah, mart ayında 1/8 finalda Sankt-Peterburq şəhərində bizim birinci oyunumuz “Şuşa” adı ilə olacaq. Yenə də deyirəm, əgər onların şəxsiyyətləri varsa, oyunumuza bilet alıb gəlsinlər, dəstəkləsinlər, bizi alqışlasınlar və şahid olsunlar ki, aparıcı bizi necə təqdim edəcək”,– deyə açıqlamada bildirilir.

 

 

Hərbi-siyasi ekspert Elçin Axundzadə məsələ ilə bağlı Medianews.az saytına açıqlamasında bildirib ki, namus, qeyrəti sözdə yox, əməldə həyata keçirmək lazımdır:

 

“Müşfiq Abbasov bildirir ki, onu tənqid edənlər düz eləmirlər və hətta sual verir ki, “tənqidçilər nə ediblər bu vətən üçün?”. Onun sualına cavab olaraq bildirirəm ki, mən ondan fərqli olaraq, hər şeyimi Rusiyada ataraq, 1-ci Qarabağ savaşına qatılmışam, yaralanmışam, “Vətən sağ olsun” deyərək, sağlamlığımı vətənə qurban vermişəm. Avropa dövlətlərindən birinin Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatın rəhbərliyində çalışmışam, 44 günlük savaşda, o nəhəng, hegemon dövlətin siyasətini rəsmi olaraq, mediada pisləmişəm, o dövlətin səfirliyinin önündə dəfələrlə piketlər, o dövlətə qarşı beynəlxalq konfranslar keçirmişəm, bütün imtiyazlarımı, statusumu dövlətimə, əsgərimə qurban vermişəm və heyfislənmirəm.

Müşfiq Abbasov isə Rusiyanın əyalət şəhərində yaşayan bir erməni dığasından çəkinərək, bizim qürur yerimiz olan Şuşanın adını dəyişib. Hər bir insanın həyat kredosu xalqın sevgisini, inamını, güvəncini qazanmaqdır. O isə bu günahla elədiyi bütün işlərin üstündən xətt çəkdi. Namus, qeyrəti sözdə yox, əməldə həyata keçirmək lazımdır.

Erməninin tələbi ilə Şuşa adını Butaya dəyişən Müşfiq, 1-ci və 2-ci Qarabağ savaşında şəhid olanları düşündünmü? Şəhid ana, ata, bacı, qardaş və başsız qalan ailələri düşündünmü? Nə var, nə var, səhnədə atlanıb-düşəcəkdin deyə, xalqımızın qüruruna zərbə vurmaqda məqsədin nə idi? Cənab Prezidentin Şuşa haqqında dediyi sözləri nə tez unutdun?

Cəmiyyət olaraq onu məcbur etməliyik ki, kim ona bu göstərişi verib? İndi kişilənib deyir ki, Şuşa adını qaytardım, sındırılandan sonra, rus, erməni saytları bu biabırçılığı yazandan sonra bunun bir xeyri varmı?”

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR