4 800 şəhidin paltarlarının basdırıldığı yer əbədiləşdirildi

14:29 28-01-2022 | icon 511 | Şəhidlər və şahidlər
4 800 şəhidin paltarlarının basdırıldığı yer əbədiləşdirildi

"Paltarlar basdırılıb yox, dəfn olunub deyərdim"

 

Bərdədə 90-cı illərin Qarabağ müharibəsi zamanı şəhid olan 4 800 nəfər Vətən övladının paltarlarının basdırıldığı yer əbədiləşdirilib.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid ailələrinin dəstəyi ilə ərazidə təmizlik işləri aparılıb, ağaclar əkilib. Şəhidlərin yaxınları şəhid paltarlarının basdırıldığı məkanı ziyarət edir, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının ruhuna dualar oxuyurlar. Burada, həmçinin abidənin inşa edilməsi də nəzərdə tutulur.

 

Bərdə şəhər “Cümə” məscidinin axundu Hacı Ramazan Hüseynov bildirib ki, 1991-1994-cü illərdə cəbhədən gətirilən şəhidlər Bərdə məscidində yuyulur, kəfənlənərək ünvanlarına göndərilir və ya sahiblərinə təhvil verilirdi. Şəhidlərin əyinlərindən çıxarılan hərbi paltarlar isə həmin bu yerdə torpağa basdırılıb. 44 günlük müharibədə qələbənin qazanılması, torpaqlarımızın işğaldan azad edilməsi ilə bütün şəhidlərimizin ruhları da rahatlıq tapıb.

 

Bərdə şəhər sakini Nərgiz Cəfərova iki qardaşının 90-cı illərin Qarabağ müharibəsi zamanı Vətənimizin müdafiəsində iştirak edərək şəhid olduğunu bildirib:

“Mən şəhidlərimizin paltarlarının burada basdırıldığını bilmirdim. Paltarlar basdırılıb yox, dəfn olunub deyərdim. Yaxşı ki, şəhid paltarlarının dəfn edildiyi bu ərazi əbədiləşdirildi”.

 

Şəhid atası Fikrət Zeynalov deyir ki, şəhid paltarlarının basdırıldığı ərazinin təmizlənərək əbədiləşdirilməsi həm də şəhidlərə olan hörmət və ehtiramı ifadə edir:ə

“Biz şəhidlərimizin paltarlarının basdırıldığı bu ərazini ona görə əbədiləşdirdik ki, gələcək nəsillərə örnək olsun. Bizim şəhidlərimizə belə hörmət qoyduğumuzu cəmiyyət görsün. Allah bütün şəhidlərə rəhmət eləsin”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR