Həyat yoldaşını niyə öldürdü? – ŞOK FAKTLAR

10:30 31-01-2022 | icon 598 | Hadisə
Həyat yoldaşını niyə öldürdü? – ŞOK FAKTLAR

Ötən gün Bakı şəhər Suraxanı rayonu Hövsan qəsəbəsində 1991-ci il təvəllüdlü Gülnar Vəlizadənin həyat yoldaşı, 1990-cı ildə anadan olmuş Elşən Hadızadəni bıçaqlayara qətlə yetirməsinin təfərrüatları yayılıb.

 

Versus.Az Publika.az-a istinadən xəbər verir ki, dəhşətli qətl ailə münaqişəsi zəminində baş verib.

 

Belə ki, bir neçə il əvvəl ailə həyatı quran və 2 övlad sahibi olan cütlük xeyli vaxt imiş ki, evdə münaqişə edirlərmiş. Ailədaxili keçimsizlik o həddə çatıb ki, azyaşlı uşaqlara qarşı da şiddət göstərilib. Ötən gün isə G.Vəlizadə evdə baş vermiş növbəti münaqişə zamanı bıçaqla həyat yoldaşının döş qəfəsinə ağır xəsarət yetirib. Ürəyi zədələnən Elşən xəstəxanaya çatdırılsa da, orada keçinib.

 

Bildirilir ki, hadisə uşaqların gözü qarşısında baş verib.

 

O da məlum olub ki, həyat yoldaşını qətlə yetirən Gülnar son vaxtlar depressiv vəziyyətdə olub və mütamadi olaraq qəmli statuslar paylaşırmış. O, sonuncu statusunu isə qəbiristanlığa gedərək anasının məzarı üstündə şəkil çəkdirərək edib.

 

Həmin paylaşımı, həmçinin qətlə yetirilən Elşən Hadızadənin fotosunu təqdim edirik.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...