“Omikron”nun təhlükəli FƏSADI

08:56 01-02-2022 | icon 527 | Sağlamlıq
“Omikron”nun təhlükəli FƏSADI

Koronavirusun “Omikron” ştammı səs tellərinə ciddi ziyan vura bilər.

 

Bu barədə rusiyalı otorinolarinqoloq və tibb elmləri namizədi Vladimir Zaitsev bildirib.

 

O, vurğulayıb ki, sözügedən ştamm səsin xırıltısı və hətta tam itkisi ilə təhdid edir:

 

“Əgər udlağın arxa divarı və damaq badamcıqları zərbəni ötürürsə və infeksiya qırtlaqdan bir mərtəbə aşağıya keçirsə, deməli onun selikli qişası hücuma məruz qalır və səs həqiqətən yox ola bilər. Səs boğulanda disfoniya və ya səs tamamilə yox olduqda afoniya meydana gələ bilər”.

 

Mütəxəssis xəbərdarlıq edib ki, əgər səs uzun müddət geri qayıtmırsa və ya boğuqluqla qayıdırsa, səs telinin iflici və ya parezi baş verirsə, bu, bağların sağalmaz zədələnməsinə işarədir.

 

Həkim bəzi insanlarda səs aparatının infeksiyanın təsirinə təbii olaraq daha həssas olduğunu deyib. Bundan əlavə, badamcıqlar çıxarılıbsa, o zaman insanın farenks səviyyəsində heç bir qorunması yoxdur.

 

Otolarinqoloq İvan Leskov isə qeyd edib ki, xəstəlikdən sağalmaq uzun müddət çəkə bilər. O, burnu duzlu məhlullarla yumaq, qarqara, iltihab əleyhinə dərmanlardan istifadə ilə müalicəsini tövsiyə edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR