Onlar ev şəraitində, stasionar və ambulator şəraitdə müalicə alırlar

16:29 19-12-2018 | icon 872 | Sağlamlıq
Onlar ev şəraitində, stasionar və ambulator şəraitdə müalicə alırlar

 

Hemofiliya irsi qan xəstəliyidir və bu xəstəlikdən əziyyət çəkən insanlar ölkəmizdə dövlət qayğısı ilə əhatə olunurlar.

 

Versus.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Hemofiliyada multidissiplinar yanaşma” mövzusu üzrə elmi-praktik seminarda mərkəzin direktoru Qəhrəman Haqverdiyev deyib.

 

Səhiyyə Nazirliyinin Elmi-Praktiki Hemofiliya Mərkəzinin rəhbəri, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutunun Hematologiya kafedrasının müdiri Elmira Qədimova dünyada təxminən 400 min insanın hemofiliya xəstəliyindən əziyyət çəkdiyini, onların 80 faizinin lazımi dərman preparatları ilə təmin olunmadığını, yalnız 20 faiz ölkələrdə hemofiliyalı xəstənin lazımi dərman preparatları ilə təmin edildiyini bildirib:

 

“2006-cı ildə Azərbaycan da bu 20 faiz ölkələrin sırasına daxil olunub. Hazırda bizim mərkəzdə 1621 hemofiliyalı xəstə dispanser qeydiyyata dayanıb və digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da bu xəstələr ev şəraitində, stasionar və ambulator şəraitdə müalicə alırlar”.

 

Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin müdiri Vüqar Şirzadov məlumat verdi ki, hemofiliya xəstəliyindən əziyyət çəkən şəxslərə hərtərəfli dövlət qayğısı sayəsində hazırda xəstələrin həyat keyfiyyəti xeyli yaxşılaşıb.

 

İranlı mütəxəssislər – Eşgi Peyman, Huriye Davudabadi Fərahani, Susan Ağamuhammadi, Behnaz Həbib Pənah seminar iştirakçılarına oynaq və sümük-əzələ sisteminin diaqnostikası üzrə fizioterapevtik xidmətin təşkili, xəstəliyin müalicəsində fizioterapevtik üsulların tətbiqi barədə ətraflı məlumat veriblər.

Geniş fikir mübadiləsi şəraitində keçən seminar qrup təqdimatları və məruzəçilərin şərhləri ilə yekunlaşıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı