“Ora qatılmayacağıq”
Azər Qasımlı: “İnanmırıq ki, orda müxalifəti birləşdirmək mümkün olsun”
“Biz müxalifətin “zirvə” toplantısına qatılmayacağıq. Ona görə də bu görüşdən heç bir gözləntimiz yoxdur”.
Bunu Versus.Az-a açıqlamasında REAL Partiyasının Məclis başqanı Azər Qasımlı bildirib:
“Əgər orda olan iştirakçılar Azərbaycanda demokratiya istəyirlərsə, vəziyyəti dəyişmək üçün səmimi şəkildə çaba göstərəcəklərsə, bizim hər birinə uğurlar arzulamaqdan başqa sözümüz yoxdur”.
Dəvət olunmalarına baxmayaraq “zirvə”yə qatılmayacaqlarının səbəbinə gəlincə, A.Qasımlı sualımızı “niyə qatılmalıyıq ki” sualı ilə cavablandırdı. Məclis başqanı məlum mövqelərinə bu cür açıqlama verib:
“Biz inanmırıq ki, ora qatılıb, nəyisə müzakirə edib qərarlaşdırmaqla, Azərbaycanda müxalifəti birləşdirmək mümkün olar. Biz buna inanmırıq”.
SEVDA
Vürsus.AZ
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”