Ermənilərin Qarabağla bağlı yeni XÜLYASI

16:25 09-02-2022 | icon 342 | Qarabağ
Ermənilərin Qarabağla bağlı yeni XÜLYASI

Elxan Şahinoğlu: “Müharibədə məğlub olublar, gələcəkləri şübhə altındadır, yenə də..."

 

ABŞ-ın Respublika İnstitutu Ermənistanda sorğu keçirib. Sorğunun nəticələrinə görə, ermənilərin yarısına qədəri Türkiyə ilə əlaqələrin qurulmasından ehtiyat edir. Həmin ermənilərinin fikrincə, Ankaranın “erməni soyqrımı”nı tanıması və Qarabağ məsələsində neytral mövqedən çıxış etməsi halında Ermənistanın Türkiyə ilə münasibətlər qurması mümkün ola bilər.

 

Versus.Az xəbər verir ki, politoloq Elxan Şahinoğlu şərhində ermənilərin olanlardan hələ dərs çıxara bilmədiklərini bildirib.



“Müharibədə məğlub olublar, gələcəkləri şübhə altındadır, yenə də qonşularıyla “şərtlərin diliylə” danışırlar. Maraqlıdır ki, Ankara – İrəvan dialoqu başlasa da, sorğuya qatılanların 90 faizi Ermənistan üçün ən böyük təhlükənin Türkiyə olduğunu bildirib. Soğruya qatılan ermənilərin 77 faizi Azərbaycanı Ermənistan üçün təhlükə sayıb. Ermənistan müharibədə Azərbaycana məğlub olub, iki ölkə arasında gərginlik davam edir, ancaq ermənilərin əksəriyyəti Türkiyəni Ermənistan üçün Azərbaycandan daha təhlükəli hesab edir. Buna baxmayaraq, təhlükəli adlandırdıqları ölkə ilə sərhədləri açmaq, diplomatik münasibətlər qurmaq və alış-verişə başlamaq istəyirlər. Bu da başqa nonsensdir”.

 

Ekspertin sözlərinə görə, sorğunun Qarabağla bağlı da hissəsinə aid cavablar göstərir ki, ermənilər hələ də xülya ilə yaşayırlar:

““Qarabağ problemi necə həll olunmalıdır” sualına verilən cavablar içərisində iki variant diqqəti cəlb edib: “Ermənistana birləşdirilməlidir – 16 faiz”, “Rusiyaya birləşdirilməlidir - 11 faiz”.

“Ermənistana birləşdirilməlidir” bağlı sayıqlama köhnədən var. Ancaq “Rusiyaya birləşdirilmə” mövzusu yenidir. İkinci Qarabağ müharibəsindən əvvəl ermənilərin heç biri “Qarabağın Rusiyaya birləşdirilməsi” haqqında danışmazdı. Arxayın idilər ki, işğal ömürlükdür. İndi isə ermənilərin bir qismi baş nazirləri Nikol Paşinyan kimi anlayıb ki, Qarabağ artıq onlarlıq deyil, məsələni “Rusiyaya yükləmək” lazımdır”.


Siyasi şərhçi deyib ki, Kreml Rusiya ətrafındakı bütün separatçıları özününkü sayır:

“Rusiya hərbçilərinin Qarabağda varlıqları cəmi bir ildən bir az artıq müddəti əhatə etsə də, onların iştirakı ilə onlarla təxribat faktını qeydə almışıq və bunun sonu görünmür, elə bu günlərdə separatçıların lideri Araik Arutunyanı yenidən Moskvaya çağırıblar. Belə olan halda “11 faizin” haradan yarandığı aydın olur”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR