Əliyev Mehdiyevdən ağsaqqal addımı gözləyir

08:41 10-02-2022 | icon 633 | Siyasət
Əliyev Mehdiyevdən ağsaqqal addımı gözləyir

"ALDP heç vaxt belə insanlara dəstək verməyəcək"

 

Son günlər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevlə bağlı narazılıqlar artıb. Keçmiş nazir, bir neçə deputat və AMEA-nın institutlarının bir neçə direktoru onun vəzifəsindən getməli olduğunu bildiriblər.

 

Ramiz Mehdiyev isə “Unikal”-a açıqlamasında bildirib ki, bu məsələlərə qarışmaq və fikir bildirmək istəmir.

 

Bəzi analitiklər hesab edir ki, sabiq Administrasiya rəhbərinin gələcəkdə müxalifətin dəstəyini qazanmaq, özü ilə bağlı situasiya daha da ağırlaşacağı variantında müxalifətə sığınmaq ehtimalını nəzərə aldığı sezilir. Bəs, Ramiz Mehdiyev müxalifətə sığınmaq istəsə, ona cavab necə olar? Müxalifət onu müdafiə edər?

 

Məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib ki, ALDP-də Ramiz Mehdiyevin heç adi üzv kimi yeri yoxdur:

 

“Bizim partiya heç zaman ona qucaq açmaz. Amma ola bilər ki, vaxtilə himayə etdiyi müxalifət partiyalarının biri onu partiyanın lideri elan etsin. Onun imkanlarından yararlanmaq istəyənlər olacaq. Təəssüf ki, bəzi müxalifət partiyaları iqtidardan qovulan korrupsioner məmurlara dəstək verirlər. Yenə də belə addımlar atanların olacağı istisna deyil. Hətta hansısa partiya Ramiz Mehdiyevi prezidentliyə vahid namizəd də elan edə bilər. ALDP dövlət və milli maraqları həmişə üstün tutub. ALDP heç vaxt belə insanlara dəstək verməyəcək”.

 

Fuad Əliyev Ramiz Mehdiyevin fəlsəfə sahəsində yazdığı kitablarına münasibət bildirərək, onu bütün vəzifələrindən istefa verməyə çağırdı:

 

“Açığı desəm, onun nə indiki, nə də keçmişdəki yazıları ilə maraqlanmamışam. Bu adam nə yaza bilər ki, cəmiyyətimizə faydalı olsun? Ona görə də vaxtımı mənasız yazılara itirmək istəmirəm. İndi zəmanə tamam başqa bir zəmanədir. Cəmiyyətimiz 30 il bundan qabaqkı cəmiyyət deyil. Onun mənim atamla şəxsi qərəzliyi olub, parlament seçkilərində haqqımı tanımamaq üçün tapşırıq verməsinə baxmayaraq, ona tutduğu bütün vəzifələrindən istefa verib, bu yaşda evdə oturub nəvə, nəticə ilə vaxt keçirməsini tövsiyə edirəm. Bu əsl ağsaqqal addımı olar”.

 

Ramiz Mehdiyevin “akademiyada sağlam şərait yaradıb, elmlə məşğul olub elmə təkan verək” fikirlərinə gəlincə, ALDP sədri bildirdi ki, çox gözəl fikirlərdir:

 

"Ondan soruşmaq lazımdır, bu illər ərzində niyə elmnən məşğul olmamısan, kim sənin qabağını kəsib? Əlavə nəsə deməyə ehtiyac duymuram”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR