“Qaynar Xətt”ə zəng edən vətəndaşların DİQQƏTİNƏ
“Nəzərə almaq lazımdır ki, pandemiya bütün dünya üçün yeni bir sınaq idi. Təbii ki, bütün şikayətlər araşdırılır”.
Versus.Az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev bu gün keçirdiyi brifinqdə deyib.
Nazir bildirib ki, həmçinin pandemiya dövründə edilən şikayətlər çox olub:
“Bakı üzrə poliklinikaların nəzdində 41 məntəqə fəaliyyət göstərir. Onlar da bu dövrdə vətəndaşlardan test götürməklə məşğuldurlar. Son zamanlar koronavirusun yeni ştammı olan “Omikron”un yoluxuculuq qabiliyyətinin yüksək olmasından yoluxma sayı kəskin sürətdə artır. Bu da müraciətlərin sayının artmasına səbəb olur. Bu da öz növbəsində istər-istəməz şikayətlərin sayına da təsirsiz ötüşmür.
Qeyd edim ki, tibb işçiləri axşam saat 21:00-a kimi işləyir. Ona görə də əhalini bu məsələdə anlayışlı olmağa, tibb işçilərini də başa düşməyə səsləyirəm. Amma istənilən halda “Qaynar Xətt”ə daxil olan bütün zənglər cavablandırılır, bütün şikayətlər araşdırılır”.
Nazir “Qaynar Xətt”ə zəng edən, lakin zənginə cavab verilməyən vətəndaşlara da səslənib. O, vətəndaşlara səbirli olmağı və yenidən zəng vurmalarını tövsiyə edib:
“Səhiyyə Nazirliyinə şikayətlə bağlı daxil olan hər bir müraciət qeydə alınır və təhlil olunur. Məsələ tam dərindən öyrənilir. Vətəndaş məmnunluğunu təmin etmək üçün bütün lazımi addımlar atılır”.
Xəbər lenti
Direktorluqdan imtina etdi
Xankəndiyə müəllimi kimi qayıtdı...