Dünyanın 100 unikal insanından biri
Tibbi cihazlar olmadan problemləri dəqiqliklə müəyyən edir
İxtisasca həkim olan Viktoriya Çabanenko Ukraynanın paytaxtı Kiyevdə yaşayır. O, Zaparojye Dövlət Tibb Universitetinin “Müalicə işi” fakültəsini fərqlənmə diplomu ilə bitirib, lakin onun iş üslubu digər ənənəvi həkimlərdən fərqlənir.
Belə ki, o, artıq 10 ildən çoxdur ki, tibbi cihazlardan istifadə etmədən anadangəlmə unikal bacarıqla insanların daxili orqanlarındakı problemləri dəqiqliklə müəyyən edib, müalicəsini həyata keçirir. Ona olan xüsusi marağın əsas səbəblərindən biri də odur ki, o, hətta tibbi müayinə aparatlarında görünməyən problemləri aşkar edərək müəyyənləşdirə bilir. Bu bacarığına görə Viktoriya Çabanenko dünyanın 100 unikal insanı siyahısına daxil edilib.
Hazırda əsasən Ukrayna və Dubayda fəaliyyət göstərən Çabanenko Azərbaycandan gələn xeyli insanların dərdinə də bu üsulla əlac tapıb. Viktoriya onu da qeyd edib ki, onun işi falçı və ekstrasenslərin fəaliyyəti ilə qarışdırıla bilməz.
Həkim Çabanenko həmçinin bildirib ki, ona artan müraciətlər səbəbindən fəaliyyət dairəsini genişləndirmək fikrindədir.
Daha ətraflı Baku TV-nin süjetində:
Xəbər lenti
Direktorluqdan imtina etdi
Xankəndiyə müəllimi kimi qayıtdı...