"Mehdiyevi özləri üçün lider elan edə bilərlər"

08:42 16-02-2022 | icon 414 | Siyasət
"Mehdiyevi özləri üçün lider elan edə bilərlər"

Fuad Əliyev: "Bu partiyalar hələ bəlkə də çoxdan onunla birləşiblər"

 

AMEA prezidenti Ramiz Mehdiyev nəhayət, postundan istefa verib. AMEA-nın vitse-prezidenti, Rəyasət Heyətinin üzvü Rasim Əliquliyev bildirib ki, fevralın 14-də keçirilən iclasda Ramiz Mehdiyev istefa ərizəsini təqdim edib.

 

Rasim Əliquliyev qeyd edib ki, ərizə Rəyasət Heyəti tərəfindən qəbul olunub:

 

“Ramiz Mehdiyev bildirdi ki, fevralın 15-də cənab Prezidentə ərizəsini göndərəcək. O, Akademiyanın daxilində və ətrafında yaranmış vəziyyəti nəzərə alaraq istefa verdiyini bildirib”.

 

Mehdiyev təmsilçisi olunduğu hakim komandaya asi çıxmaqda davam edirdi və istefası də qarşılıqlı olaraq tələb edilirdi. “Boz kardinal” isə çıxışlarında nəinki hökuməti hədəf alır, hətta onu istefaya çağıranları açıq şəkildə təhdid edir, ən müxtəlif ifadələrlə aşağılayırdı.

 

Onun davranışları radikal müxalifətdən heç də fərqlənmirdi. İstefasından sonra onun daha sərt mövqe tuta biləcəyi ehtimal olunur.

 

Ramiz Mehdiyev radikal müxalifətlə birləşə bilərmi?

 

İllər öncədən Mehdiyevin müəyyən kanallarla radikallarla əlaqəsinin olmasına dair söyləntilər vardı. Hətta müxalifətin keçirdiyi bəzi mitinqlərin göstərişinin “Boz kardinal” tərəfindən verildiyinə dair iddialara da rast gəlinib.  Bu iddianın nə qədər doğru olub-olmadığını deyə bilmərik. Fəqət, onun bu gün hakimiyyətə qarşı ən radikal siyasi fiqura çevrildiyi göz önündədir.

 

Son proseslərdə bir mənzərə də diqqətləri xüsusilə çəkir. Belə ki, özlərini radikal müxalifət adlandıran qurumların rəhbərləri var ki, hələ də R.Mehdiyev məsələsinə münasibət bildirməyiblər. Halbuki bloger müxalifəti kimi özlərini aparan bu siyasətçilər hakimiyyəti tənqid etmək üçün gecə-gündüz bəhanələr, yollar axtarırlar.

 

Məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Mehdiyevin müxalifətlə əlaqələrini istisna etmədi:

 

“Ramiz Mehdiyevin nəinki radikal müxalifətlə, digər bəzi müxalif partiyalarla birləşməsini də istisna etmirəm. Bu partiyalar onun geniş imkanlarından yararlanmaq üçün hətta onu özləri üçün lider elan edə bilərlər. Vaxtilə Əli İnsanovla bağlı dediklərini unutmayaq. Ona korrupsionerdir, rüşvətxordur deyənlər, sonradan bunu yaddan çıxarıb onunla görüşüb əməkdaşlıq haqqında razılaşdılar. Müxalifət nümayəndələri, vətəndaşları qeyri-qanuni həbs etdirən Eldar Həsənovu müdafiə edirlər. Prinsiplərdən uzaq olan bu müxalifət nümayəndələri öz şəxsi maraqlarını həyata keçirmək üçün istənilən ”vurulmuş" korrupsioner, rüşvətxor  məmurla birləşməyə hazırdırlar. Bəziləri isə çoxdan bu məmurların “cib” müxalifətidir. Ona görə Mehdiyevin bəzi müxalifət nümayəndələri ilə birləşməsini istisna etmirəm, hələ bəlkə də çoxdan birləşiblər". /"yeni müsavat"/

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR