Mikrobları hidrogenə çevirəcəklər

11:11 19-02-2022 | icon 399 | Maraqlı
Mikrobları hidrogenə çevirəcəklər

ABŞ-ın startapı “Cemvita Factory” qaz avadanlığı istehsalçısı “Chart Industries Inc.” ilə əməkdaşlığını elan edib.

 

Bildirilib ki, tərəflər birlikdə mikrobları hidrogenə çevirəcəklər.

 

Birgə layihə çərçivəsində şirkətlər neftlə qidalanan mikroblardan istifadə edirlər. Mikroorqanizmlər tükənmiş neft quyularına yerləşdiriləcək və bioloji yolla “qızıl hidrogen” hasil etməklə quyuların ömrünü uzadacaq, onları yenidən qazanclı edəcək.

 

Cemvita şirkətinin baş direktoru Moji Kərimi bildirib ki, həm ənənəvi, həm də genetik cəhətdən dəyişdirilən mikrobların olduğu belə bir quyu, xammal kimi istifadə edilən hər barel neft üçün üç kiloqramdan çox hidrogen istehsal edə bilər. Şirkətlər hidrogenin kiloqramını bir dollardan aşağı qiymətə satmağı planlaşdırır. Müqayisə üçün qeyd edək ki, suyun elektrolizindən əldə edilən “yaşıl” hidrogenin hər kiloqramı 4-6 dollar arasındadır.

 

Qeyd edək ki, hidrogen qlobal təmiz enerji mənbələrinə keçid üçün istifadə edilən yanacaq növlərindən biridir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...