“Genişmiqyaslı müharibə təhlükəsi gözlənilmir”

09:00 22-02-2022 | icon 260 | Geopolitika
“Genişmiqyaslı müharibə təhlükəsi gözlənilmir”

Samir Hümbətov: Rusiya demək istəyir ki, Qərb dövlətləri təminat vermədikcə...”

 

Rusiya və Ukrayna arasındakı mövcud gərginlik davam edir. Rusiyaya inansaq, müharibə başlamalıdır. Belə bir vaxtda Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun CBS telekanalına müsahibəsi bir sıra məqamları ilə diqqət çəkib. Səfir müsahibəsində - “Biz heç bir ölkənin ərazisini ələ keçirməyə çalışmırıq. Mən təsdiq etmək istərdim ki, Donbas və Luqansk Ukraynanın bir hissəsidir". Və yaxud bildirib ki, “Bu gün problem Ukraynada deyil, problem gələcəkdə dünya düzəninin necə olacağıdır. Əsas məsələ hamı üçün möhkəm təhlükəsizlik təminatlarının birgə hazırlanmasıdır”.

 

Rusiyalı diplomat bununla ABŞ-a, eləcə də dünyaya hansı mesajını verib.

 

Məsələ ilə bağlı şərh verən "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları" Mərkəzinin sədri, politoloq Samir Hümbətov bildirib ki, diplomatın dediyi məlum fikirlərlə, Rusiyanın Ukrayna sərhədindənki 150 minlik ordunu cəmləməsi faktı arasında ciddi ziddiyətlər var.

 

Politoloqun fikrincə, yaranmış vəziyyət bir çox suallar ortaya çıxarır:

 

“Əgər 1 aydan çox olar ki, Ukrayna sərhəddində olan rus qoşunları doğurdan da təlim keçmək niyyətindədirlərsə, niyə bu müddət ərzində təlimi keçirməyiblər. Politoloq hesab edir ki, əslində Rusiya burda üç tərəfə mesaj vermək niyyətindədir.

Birinci, Ukraynaya demək istəyir ki, mən istəmədikcə sən müstəqil addım ata bilməzsən.

Qərbə bildirir ki, mənim sərhəddimə yaxınlaşdıqca yaxınlaşmaq istədiyiniz dövlətləri hədəf halına gətirirsiniz.

Beynəlxalq birliyə göstərir ki, mən müharibə istəmirəm, amma məcburi şəkildə məni müharibəyə cəlb edirlər.

Rus diplomatın “Bu gün problem Ukraynada deyil, problem gələcəkdə dünya düzəninin necə olacağıdır. Əsas məsələ hamı üçün möhkəm təhlükəsizlik təminatlarının birgə hazırlanmasıdır” ifadəsinin işlətməsi ondan xəbər verir ki, Rusiya üçün əsas narahatedici məsələ gələcək təhlükəsizliyi ilə bağlı Qərbin vermədiyi təminatdır. Yəni, Rusiya demək istəyir ki, Qərb dövlətləri təminat vermədikcə istənilən cəhd uğursuz olacaq”.

 

S.Hümbətov bildirib ki, başda ABŞ olmaqla NATO dövlətlərinin bəziləri, xüsusilə də ABŞ, Böyük Britaniya və Kanadadan Ukraynaya silah tədarükü davam etməkdədir:

 

“Demək olar ki, bu tendensiya hər gün davam etməkdədir. Sözügedən dövlətlər Ukraynaya verdikləri silah-sursat dəstəyi barədə açıqlama verərkən bildirirlər ki, bunu etməkdə əsas məqsəd Ukraynanın müafiə qabiliyyətini Rusiya qarşısında artırmaqdır. Nəhayət, Rusiya-Ukrayna arasındakı gərginlik, rus diplomatın açıqlamaları, Qərb ölkələrinin müharibənin hər an başlaya biləcəyi ilə bağlı açıqlama verməsi və s. məsələlər onu göstərir ki, burada Qərb və Rusiya tərəfi Ukrayna üzərindən öz məqsədlərinə çatmağı planlaşdırırlar”.

 

S.Hümbətovun fikrincə, Rusiya və Ukrayna arasında genişmiqyaslı müharibə təhlükəsiz gözlənilmir:

 

“Üstəlik Belarusda Rusiya və Belarus qoşunları təlim keçir. Eyni zamanda Rusiya yaxşı başa düşür ki, əgər Ukraynaya hərbi müdaxilə edərsə, bu ona qarşı ciddi sanksiyalara gətirib çıxarar ki, nəticəsi Rusiya iqtisadiyyatı üçün yıxıcı ola bilər. Ona görə də hesab etmək olar ki, tərəflər arasındakı gərginlik ciddi toqquşmaya səbəb olacağı gözlənilmir”. /hafta.az/

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR