Yaponiya ilk hidrogen qatarını nümayiş etdi
Yaponiyanın ən böyük dəmir yolu şirkəti “East Japan Railway Co” mart ayında ölkədə hidrogenlə işləyən ilk qatarın sınaqlarına başlayacaq.
Yaponiyanın hidrogenlə işləyən ilk qatarının 2030-cu ildə kommersiya nəqliyyatı üçün istifadəyə verilməsi planlaşdırılır. Qatar 4 milyard yen (59,2 milyon manat) dəyərindədir və tək bir hidrogen çəni ilə saatda 100 kilometr sürətlə 140 kilometrə qədər yol qət edə bilir.
Dəmir yolu şirkəti dizel parkını hidrogen qatarları ilə əvəz etməyi, həmçinin onları ixrac etməyi planlaşdırır.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"