"Ekspertlərin səviyyəsiz fikirlərini tirajlamaq lazım deyil"

11:01 24-02-2022 | icon 410 | Siyasət
"Ekspertlərin səviyyəsiz fikirlərini tirajlamaq lazım deyil"

Nizami Verdiyev: "Bəyannamələrin biri digərini inkar etmir"

 

"Fikirləşmirəm ki, Moskva Bəyannaməsi Şuşa Bəyannaməsinə alternativdir. Biz bu məsələləri bir-birinə qarışdırmamalıyıq və bəyannamələrin biri digərini inkar etmir".

 

Versus.Az xəbər verir ki, bunu bəzi ekspertlərin Moskva Bəyannaməsinin Şuşa Bəyannaməsinə alternativ olması fikrinə açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev bildirib.

 

 

 

Partiya funksioneri qeyd edib ki, Azərbaycanla Türkiyənin qardaşlıq və strateji müttəfiqlik münasibətləri mövcuddur:

 

"Rusiya ilə müttəfiqlik bəyannaməsi isə yaxın qonşu olan ölkə ilə bir sazişdir. Eyni tipli sazişi İranla da bağlamaq olardı. Moskva Bəyannaməsinin ekspromt şəkildə olması ilə bağlı fikirlərə gəlincə, ya bu ekspertlərin protokol məsələlərindən başları çıxmır, ya da həmin ekspertlər qəsdən bu Bəyannaməni aşağılayırlar. Prezident İlham Əliyev 31 dekabr çıxışında bildirmişdi ki, Rusiya ilə münasibətlərimiz yeni mərhələyə keçəcək. İkincisi, Protokola görə Prezidentlərin görüşü bir gün ərzində hazırlanmır. 40-dan çox bəndi hazırlamaq üçün hər iki tərəfin işçi qrupları uzun müddət iş aparır. Ona görə bu səviyəsiz fikirləri tirajlamaq lazım deyil".

 

Ekspertlərin Rusiya “DNR” və “LNR” tanımağı və bir gün sonra Prezident İlham Əliyevin Moskvaya getməsi, Bəyannamənin imzalanması Azərbaycan-Ukrayna münasibətlərinə xələl gətirir fikirlərinə, Nizami Verdiyev vurğulayıb ki, burda da paralellər aparmaq yanlışdır:

 

"Azərbaycan Ukraynanın suverinliyini tanınması və ərazi bütövlüyünü dəstəklənməsi ilə bağlı dəfələrlə bəyanat verib. Biz xarici siyasətimizdə daha çox ikitərəfli münasibətlərə üstünlük verməliyik. Azərbaycanın Ukrayna və Rusiya ilə yaxşı münasibətləri var. Bu münasibətlər bir-birinin əleyhinə deyil. Biz hər bir ölkə ilə Azərbaycan maraqlarına uyğun hərəkət etməliyik. Eyni zamanda, biz hər hansı bir ölkə ilə digər ölkənin ziddinə, zərərinə işbirliyi, addımlar etməməliyik".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR