"Məgər Azərbaycanın başqa problemi yoxdur?"

10:34 03-03-2022 | icon 407 | Siyasət
"Məgər Azərbaycanın başqa problemi yoxdur?"

Fuad Əliyev: "Kimisi Ukraynaya, kimisi də Rusiyaya dəstək bəyanatı verib"

 

Rusiyanın Ukraynaya hücumu davam edir. Azərbaycan cəmiyyətinin buna sərt təpkisi günbəgün artmaqdadır.

 

Bir neçə gün öncə Ukrayna səfirliyi önündə bu ölkəyə dəstək aksiyası keçirildi, kifayət qədər kütləvilik müşahidə olundu. Amma bu aksiya ictimaiyyətin ümumi aksiyası kimi yadda qaldı. Ölkə müxalifət isə bu istiqamətdə fəaliyyətsiz görünür. Doğrudur, bir sıra partiyalar öz etiraz bəyanatlarını qəbul ediblər. Lakin bundan o tərəfə gördükləri ciddi bir iş gözə çarpmır.

 

Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev suala etdi ki, müxalifət niyə toplanmalıdır:

 

"Ayrı-ayrılıqda kimisi Ukraynaya, kimisi də Rusiyaya dəstək bəyanatları verib. Bundan qabaq Qazaxıstanda baş verən hadisələr az qala öz problemlərimizi yaddan çıxartmışdı. İndi də Ukrayna-Rusiya münaqişəsi. Səhər açılan kimi ancaq bu mövzudan xəbərlər verilir. Məgər bizim başqa problemlərimiz yoxdur? Bəyəm hər gün qiymətlər qalxmır? Korrupsiya, rüşvət yoxdurmu? On minlərlə işsiz vətəndaş işmi tapıb? Şəhid ailələrinin, qazilərin problemləri həll olunub? Dövlət başçısı İlham Əliyev Göyçay rayon icra başçısını vəzifəsindən azad etdi. Müxalifət buna bir reaksiya verdimi? Bundan əvvəl məmurlar işdən çıxarılanda, həbs ediləndə müxalifət dərhal reaksiya verirdi".

 

Müxalifət partiyalarının ötən bir həftə ərzində nə etmələrinə gəlincə, Fuad Əliyev qeyd edib ki, ALDP fəaliyyətini iki istiqamətdə fokuslaşdırıb:

 

"Birinci, müraciət edən vətəndaşların problemlərinin həlli ilə bağlıdır.  İkinci isə biz də Qurultaya hazırlaşırıq. Digər məsələlərə də öz mövqeyimizi bildirmişik”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR