"Ermənistan öz vəziyyətini daha da ağırlaşdıracaq"

17:23 03-01-2019 | icon 463 | Siyasət
"Ermənistan öz vəziyyətini daha da ağırlaşdıracaq"

 

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində haqlı olaraq bildirdi ki, 2018-ci ildə Azərbaycan Dağlıq Qarabağ münaqişənin həlli işində çox ciddi mövqelərə malik olub. Cənab Prezidentin dediklərində böyük bir həqiqət var”.

 

Versus.Az SİA-ya istinadən xəbər verir ki, bunu açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputatın sözlərinə görə, ilk növbədə Azərbaycan danışıqlar prosesində problemin Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən qoşunlarının çıxarması məsələsi olduğunu bir daha qətiyyətlə müdafiə etdi:

 

“Ermənistanın yeni rəhbərliyi problemin qoyuluşunu əsas məzmundan uzaqlaşdırmağa çalışsa da, bu, alınmadı. İkincisi, beynəlxalq təşkilatlarda Azərbaycanın bir daha ərazi bütövlüyü təsdiq edildi. Ermənistanın bütün cəhdlərinə baxmayaraq işğalçı ölkənin qoşunlarının çıxarılması vacib hesab edildi. Vacib məqamlardan biri də Azərbaycanın Silahlı Qüvvələrinin ərazi bütövlüyümüzün bərpası üçün atdığı qətiyyətli addımlar oldu.

 

2018-ci ilin may ayında Naxçıvanın Şərur rayonunun Günnüt kəndinin və ətrafdakı 11 min hektar ərazinin işğaldan azad edilməsi Silahlı Qüvvələrimizə Ermənistandan işğal altındakı Dağlıq Qarabağ bölgəsinə gedən yolları nəzarətdə saxlamağa imkan verdi. Yəni, bütün bunlar bir daha göstərdi ki, Azərbaycan ərazi bütövlüyü məsələsində çox ciddi addımlar atıb və həmişə bu məsələ Azərbaycan dövlətinin gündəlik fəaliyyətində əsas məsələ kimi qalacaq. 2019-cu ildə problemin həlli üçün müəyyən ümidlər vardır. Ermənistan bu imkandan istifadə edərsə, Azərbaycandan daha çox işğalçı ölkə problemin həllindən qazanacaq. Yox əgər Ermənistan özünün işğalçılıq siyasətini davam etdirəcəksə, bu ona gətirib çıxaracaq ki, Ermənistan vəziyyətini daha da ağırlaşdıracaq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Dünyanın ən yaxşı ordularına malik ölkələr

Sərbəst güləş millimiz dünya çempionatında 3-cü olub

Maqsud bəyin ulduzu Şöhrət Xiyabanında peyda oldu

Bərdə terrorundan 4 il ötür

Güləşçilərimiz 8 medal qazandı

MM-in komitə sədrindən DƏSTƏK

Bu gün daha dörd oyun keçiriləcək

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

İki nəfərin öldüyü tunelə giriş-çıxış BAĞLANDI

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Türkiyə Cümhuriyyəti - 101

Kirayə yolu ilə mənzil satışı SADƏLƏŞİB