"Yəqin ki, bu təxribatlar yenidən olacaq"

14:05 09-03-2022 | icon 376 | Siyasət
"Yəqin ki, bu təxribatlar yenidən olacaq"

Nizami Verdiyev: "Laçın dəhlizini nəzarətə götürüb, antiterror əməliyyatlara başlamalıyıq"

 

"Ermənilər vaxtı uzadırlar. Laçın dəhlizi bizim nəzarətimiz altında deyil. Laçın dəhlizi vasitəsilə Ermənistan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə qalan erməni separatçıların tör-töküntilərini silahlandırırlar".

 

Versus.Az xəbər verir ki, bunu rəsmi İrəvanın sülh müqaviləsinin imzalanmasına hazır olduğunu bildirdiyi halda son günlər Azərbaycanın Tərtər, Ağdam, Xocalı rayonları istiqamətlərində mövqelərini atəşə tutmasına münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev deyib.

 

 

Partiya funksioneri qeyd edib ki, ermənilərin sülhə hazır olduğuna inanmaq lazım deyil:

 

"Bu təxribatların qarşısı alınmalıdır. Görünür ermənilər bizim xoş niyyətlərimizi qəbul etmək istəmirlər. Ordumuz anti-terror əməliyyətlara başlamlıdır".

 

Ermənilərin Ukrayna-Rusiya müharibəsindən istifadə edib, öz mərkli planlarını həyata keçirmək istəyinə diqqət çəkən N.Verdiyevin fikrincə, Rusiyanın Ermənistana böyük təsiri var:

 

"Rusiyada ermənipərəst qüvvələr Vətən müharibəsində uduzduqlarını hələ də qəbul etmək istəmirlər. Digər tərəfdən, Fransa da Vətən müharibəsinin nəticələri ilə barışmayıb. Üstəgəl, Ermənistanda revaşist qüvvələr hələ də sakitləşməyib. Bu üç amili nəzərə alsaq, onda demək olar ki, bəli, bunlar Rusiya-Ukrayna münaqişəsindən yararlanmaq istəyirlər. Yəqin ki, bu təxribatlar yenidən olacaq".

 

N.Verdiyev belə bir vəziyyətdə Azərbaycanın Laçın dəhlizini öz nəzarətinə götürərək, antiterror əməliyyatlarına başlamasının məqsədəuyğun olacağını deyir:

 

"Erməni separatçılar tərksilah olmalıdır. Ordumuz 44 gün ərzində 30 illik problemi həll etdi. İndi də antiterror əməliyyatlara başlayaraq, qısa zamanda o qalan erməni separatçıların tör-töküntülərin də axırına çıxa biləcək. Mən ordumuza inanıram".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı