Hər dəfə yemək zamanı ağlayır
Çjan adlı çinli hər dəfə yemək yeyəndə ağlayır. Bunun səbəbi nadir bir xəstəlikdir.
Həkimlər Çjanı müayinə edib və ona “timsah göz yaşları” sindromu diaqnozu qoyublar.
Doktor Çenq Mian bildirib ki, xəstə əvvəllər üz iflici keçirib və bu da belə nəticələrə gətirib çıxarıb. Bərpa prosesi üz sinirlərinin fəaliyyətinə təsir etdi.
Yeməyin qoxusu və dadı kimi stimullar tüpürcək ifraz etmək əvəzinə xəstədə göz yaşı vəzini stimullaşdırır.
Diaqnoz qoyulandan sonra çinli əməliyyat olunub və vəziyyəti xeyli yaxşılaşıb. Bununla belə, Çjan hələ də problemdən tam xilas olmayıb.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"