Deputatdan ETİRAZ

16:13 14-03-2022 | icon 685 | Siyasət
Deputatdan ETİRAZ

Razi Nurullayev: "Göndər nümayəndəni və gətir vətəndaşlarını"

 

"Rusiya ilə Azərbaycan arasında hava xətti Rusiyaya tətbiq edilən sanksiyalar üzündən dayanıb. Yüzlərlə vətəndaşımız isə Rusiya-Azərbaycan quru sərhədində - Maxaçqala yaxınlığında düşərgədə gözləməli olur".

 
 
Versus.Az xəbər verir ki, bunu şəxsi "facebook" hesabında Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev bildirib.
 
 
Deputat vurğulayıb ki, kimin pulu var, bir yol tapıb baha qiymətə Minsk, Türkiyə və digər yollarla Azərbaycana gələ biləcək:
 
 
"Kasıbçılıq, dolanışıq dalınca Rusiyaya gedən, indi isə vətəninə qayıtmaq istəyənlər pis vəziyyətdə qalıblar. Rusiyada iş yox, daha geri qayıdırlar, vətən də deyir, gözlə düşərgədə. Nə çətinlik var axı burada? Göndər nümayəndəni və gətir vətəndaşlarını. Öz vətəndaşlarımıza ən böyük hörməti qoymalıyıq. Rusiya rəsmiləri görməlidir ki, biz öz vətəndaşımıza nə qədər dəyər veririk".
 
 
Razi Nurullayev Azərbaycan vətəndaşlarının düşərgədə qalıb Azərbaycandan gələcək nümayəndəni günlərlə gözləməsinə çox pis yanaşdığını qeyd edib:
 
 
"Öz vətəndaşına hörmət qoymamaq nə deməkdir? Onlar niyə orada gözləməlidilər?"
 
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR