““Zəngəzur dəhlizi”nin açılması zəruri şərtə çevrildi"

09:52 15-03-2022 | icon 382 | Siyasət
““Zəngəzur dəhlizi”nin açılması zəruri şərtə çevrildi"

Hikmət Babaoğlu: “Bu görüş müttəfiqliyimizin daha da dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edəcək”

 

Azərbaycan Prezidenti İlham Əliyevin qardaş Türkiyəyə səfəri dünyada və regionumuzda baş verən mürəkkəb geostrateji proseslər kontekstində baş tutdu. İstər regional, istərsə də qlobal siyasi proseslər baxımından diqqətçəkici olan bu səfər hər şeydən öncə dünyada formalaşmaqda olan yeni geostrateji arxitekturada Türkiyə və Azərbaycanın yerinin və rolunun müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edirdi.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycan prezidentinin Türkiyəyə son səfəri və əhəmiyyəti ilə bağlı şərhində bildirib.

 

Deputat qeyd edib ki, bu gün Yaxın Şərq və postsovet məkanında hibrid və vəkalət müharibələrinin alovlandığı bir vaxta Türkiyə və Azərbaycanda sülh və əminamanlığın mövcud olması hər şeydən öncə Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın müstəsna liderlik keyfiyyətləri ilə bağlıdır. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan aldıqları mühüm strateji qərarlarla 21-ci əsr türk tarixinə öz möhürlərini vurmuş liderlər kimi düşüblər:

 

“Məhz alınan kritik qərarlar bu gün Cənubi Qafqaz kimi mürəkkəb regionda sülhün və əməkdaşlığın inkişafı üçün yeni şərtlər formalaşdırıb. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri və bu səfər çərçivəsində iki ölkənin qarşılıqlı maraqları çərçivəsində bütün məsələlərin müzkirə edilməsi hər iki ölkənin təhlükəsizliyi və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edir. Görüşün 4 saatdan çox davam etməsi yeni dünya nizamında iki qardaş ölkənin oynayacağı rolun koordinasiya edilməsi, çoxqütblü beynəlxalq sistemdə strateji müttəfiq olaraq onların yerinin və rolunun müəyyən edilməsi ilə zəruri idi. Hazırda dünyada baş verən mürəkkəb proseslər kontekstində milli dövlətlərin öz təhlükəsizliyini təmin etməsi olduqca çətin bir vəzifəyə çevirilib. Hazırda etnk və demoqrafik baxımdan yaxın olan xalqlar belə, biri digəri üçün təhlükə və təhdid kimi görülür. Ancaq türk dünyasının tarix boyu yetişdirdiyi ən böyük liderlərdən olan İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan qəbul etdikləri strateji və uzaqgörən qərarlarla iki qardaş ölkənin təhlükəsizliyinin təmin edilməsi kimi mühüm tarixi vəzifənin öhdəsindən layiqincə gəlirlər. Hazırda ortaq etnik kökdən, ortaq mədəniyyətdən və siyasi keçmişdən gələn xalqların biri-biri ilə amansız müharibə apardığı bir vaxta Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı bir möcüzədir. Bu möcüzənin müəllifləri isə iki qardaış ölkənin Prezidentləridir”.

 

H.Babaoğlu qeyd edib ki, son bir neçə ildə baş verən hadisələrə bir daha nəzər salarkən Şuşa Bəyannaməsinin nə qədər vaxtında və yerində imzalanmış bir müttəfiqlik sənədi olduğunu aydın görmək olar. O, bildirib ki, bu sənəd mümkün bütün təhdid və təhlükələrə qarşı iki qardaş ölkənin gücünü birlikdə səfərbər edərək öz təhlükəsizliklərini qorumaq üçün mühüm hüquqi təminat yaradır:

 

“Şübhəsiz ki, Azərbaycanın böyük uzaqgörənliklə vaxtında aldığı qərarlar bugünki müttəfiqliyimizin istisadi və geostrateji əsaslarını təşkil edir. Əgər vaxtında Bakı-Tibilisi-Ceyhan, Bakı- Tibilisi-Kars,  Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi kimi mühüm strateji layihələr həyata keçirilməsə idi milli gücümüzün iqtisadi komponetləri bu qədər zəngin olmazdı. Əldə etdiyimiz tarixi zəfərimizdən sonra isə bu layihələrin davamı olaraq “Zəngəzur dəhlizi”nin açılması zəruri şərt kimi ortaya çıxır. Bu dəhlizin açılması bütün region ölklərinin starteji maraqları çərçivəsindədir ki, bu da Azərbaycanın həyata keçirdiyi strateji diplomatiya sayəsində mümkün olub. Ona görə də əminliklə deyə bilərik ki, Ankarada keçirilən görüş Türkiyə-Azərbaycan müttəfiqliyinin daha da dərinləşməsi və regionumuzda sülühün davamlı olamsı baxımından mühüm əhəmiyyət kəsb edəcək”. /hafta.az/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR