İslahatlar həm də bu sualı YARADIR

07:52 16-03-2022 | icon 473 | Siyasət
İslahatlar həm də bu sualı YARADIR

Fuad Əliyev: "Müxalifətə imkan yaradılmalıdır ki, saxtakarlıq olmadan gücünü ortaya qoya bilsin"

 

“Vətəndaşların rifahı üçün verilən qərarlar sözsüz ki, yaxşıdır. Amma islahatlar həm də bu sualı yaratdı: nəyə görə indiyə qədər aparılmırdı, bu, o vaxt niyə baş vermirdi və indi niyə baş verir?”

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev bildirib.

 

Partiya sədri son vaxtlar aparılan islahatların əhəmiyyətini və səbəblərini şərh edib.

 

Onun sözlərinə görə, hakimiyyət daxilində qruplaşmalar var idi. Onlardan bir qrupu islahatlara gedir, digər qrup isə bunun əleyhinə çıxış edərək konservativ qərarlar verirdilər. Fuad Əliyev bildirib ki, daxili çəkişmələrə baxmaraq, hakimiyyətin liberal qanadı daha üstün çıxaraq vətəndaşlar üçün uğurlu olan addımları atıb:

 

“Amma islahatlar əleyhinə çıxan digər qanadın gözləmə mövqeyində dayanıb, sonradan hansı addımları atacağını bilmək olmurdu. Yəni vətəndaş üçün gərəkli olan addımların atılmasında qəti və yekdil fikir yox idi”.

 

ALDP sədri həyata keçirilən islahatlarda bütövlükdə  ictimaiyyətin sosial şəbəkələrdə fəallığın təsirinin olduğunu qeyd edib:

“İnsanlar bir neçə il bundan qabaq hansısa problemlər barədə fikir söyləməyə çəkinirdilər. Artıq son illər sosial şəbəkə və onlayn televiziyalar vasitəsi ilə öz sözlərini deyir, tələblər irəli sürürlər. Təbii ki, hakimiyyətdə oturanlar da ağıllı insanlardır və cərəyan edən prosesləri görür, nəticələr çıxarırlar”.

 

ALDP sədrin sözlərinə görə, vətəndaşların xeyrinə olunan bəzi qərarlar böyük bir kütləvi narazılığın qarşısını aldı:

“Dövlətin inkişafını təmin edəcək ən əsas islahatlar seçki islahatlarıdır. Müxalifət olaraq növbəti islahatların demokratik seçkilərlə bağlı olmasını arzu edərdim. Dövlətin inkişafını təmin edəcək ən əsas islahatlar seçki ilə bağlıdır. Seçkilər demokratik keçirilməlidir və demokratik parlament formalaşmalıdır. Biz hamımız - müxalifət və iqtidar - həqiqi seçkilərin keçirilməsinə çalışılmalıyıq. Müxalifətə imkan yaradılmalıdır ki, heç bir saxtakarlıq olmadan öz gücünü ortaya qoya bilsin. Nəyə görə 700 minlik YAP, hamısı bir yerdə 50 min olan müxalifətdən qorxmalıdır? Siz demokratik seçkilər keçirin, qoy insanlar kimə səs verəcəklərinə özləri qərar versin və heç bir bəhanəyə də ehtiyac qalmasın. Əsas budur. İkincisi parlament müstəqil qərarlar verməlidir və özü Nazirlər Kabinetini formalaşdırmalıdır. Ciddi məhkəmə islahatları aparılmalıdır. Məsələn mən, hakimlərin ömürlük olmasına etiraz edirəm. Elə edilməlidir ki, bütün islahatlar cəmiyyət üçün xeyirli olsun”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR