Putini hərbi cinayətkar elan edildi
ABŞ Senatı Rusiya Prezidenti Vladimir Putin barəsində hərbi cinayətkar kimi istintaq aparılmasını tələb edən qətnaməni yekdilliklə qəbul edib.
Qətnamə respublikaçı senator Lindsi Qrem tərəfindən təklif edilib və hər iki partiyanın senatorları tərəfindən dəstəklənib.
Qeyd olunub ki, ABŞ Senatı Vladimir Putinin rəhbərliyində Rusiya Silahlı Qüvvələrinin törətdiyi zorakılıq, hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətləri qətiyyətlə pisləyir.
Qətnamə Haaqa Beynəlxalq Cinayət Məhkəməsini və digər ölkələri Rusiyanın Ukraynaya hücumu zamanı törətdiyi hərbi cinayətlərlə bağlı Rusiya Prezidenti Vladimir Putin, onun ətrafı, o cümlədən Rusiya hərbçiləri barədə araşdırma aparmağa çağırır.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"