20 il axtarıldı, sərhəddə həbs edildi
Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Marneuli rayon şöbəsinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 1977-ci il təvəllüdlü V.V. adlı şəxs saxlanılıb.
Versus.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Həmin şəxs soyğunçuluq törətdiyinə görə 2002-ci ildən axtarışda olub. O, Gürcüstan-Azərbaycan sərhədində yerləşən “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi ərazisində məhkum kimi həbs edilib və cəzaçəkmə müəssisəsinə yerləşdirilib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"