İstanbulda balıqçı gəmisində yaşayacaq
Dünyaca məşhur fransız kinoaktyoru Jerar Depardye artıq yaxtaya çevrilmiş balıqçı gəmisində yaşayacaq.
2013-cü ildə zənginlərdən daha çox vergi alınması ilə bağlı qanuna cavab olaraq Rusiya vətəndaşlığını qəbul edən 73 yaşlı aktyor bildirib ki, indi ölkəsində daha az yaşamaq, İstanbul və Dubayda vaxt keçirmək istəyir.
İki böyük balıqçı gəmisi aldığını bildirən məşhur ulduz deyib ki, “Biri Dubaydadır, İstanbulda ton balığı ovu üçün istifadə edilən gəmimi mənzilə çevirdim” deyib.
Film çəkmək üçün Fransaya gedəcəyini, lakin doğulduğu ölkədə yaşamaq istəmədiyini bildirən Depardye Parisdəki üzüm bağlarını və evini də satışa çıxardığını bildirib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"