Prezident GÖSTƏRİŞ VERDİ

17:56 29-03-2022 | icon 459 | Siyasət
Prezident GÖSTƏRİŞ VERDİ

Milli Qəhrəmanın ailəsi Bakıya gətirilir

 

“Bir neçə gün əvvəl Ukraynadakı müharibə bölgəsindən çıxarılaraq Moldovada yerləşdirilən Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin ailəsi Azərbaycana gətiriləcək”.

 

Versus.Az xəbər verir ki, bununla bağlı açıqlamasında Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Rüfət Quliyev bildirib.

 

Onun sözlərinə görə, Milli Qəhrəmanın ailəsi hazırda Kişineu şəhərindədir:

 

“Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun dəstəyi ilə Kişineu-İstanbul-Bakı biletləri alınıb. Ailənin aprel ayının 4-də ölkəmizə gəlməsi planlaşdırılır”. 

 

Deputat qeyd edib ki, ailə ilə mütəmadi əlaqə saxlanılır: 

 

“Viktor Seryoginin anası Qalina xanıma kömək üçün əlimizdən gələni edəcəyik. Ailənin gətirilməsi üçün cənab Prezident İlham Əliyevin göstərişi var”.

 

Xatırladaq ki, Viktor Seryogin Birinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olub.

 

1992-ci il yanvarın 28-də onun idarə etdiyi və göyərtəsində 47 sərnişinin olduğu “Mi-8” mülki helikopteri erməni mövqelərindən atılan “Stinger” istilik raketilə vurulub. Havada partlayış və salonda yanğın baş verdikdən sonra Seryogin düşməkdə olan helikopteri Şuşa şəhərinin yaşayış məhəllələrindən uzaqlaşdıra bilib. Seryogin ekipaj və sərnişinlərlə birlikdə həlak olub. O, Bakıdakı Şəhidlər xiyabanında dəfn edilib. 

 

1992-ci ilin noyabrında ona ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. /oxu.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR