Siyasi partiya xalqa çağırış etdi- Bəyanat

14:04 30-03-2022 | icon 233 | Siyasət
Siyasi partiya xalqa çağırış etdi- Bəyanat

Azərbaycan Naminə Alyans Partiyası“Azərbaycanlıların soyqırım günü” ilə əlaqədar
Bəyanatı yayıb.

 

Bu barədə Versus.az -a Azərbaycan Naminə Alyans Partiyasının Mətbuat xidmətindən məlumat verilib.

 

"Xalqımız on doqquzuncu əsrdən başlayaraq müxtəlif dövrlərdə dəfələrlə faşist ideologiyası ilə beyinləri korlanmış ermənilərin vəhşi davranışlarının şahidi olmuş, çoxsaylı soyqırım aktları ilə üzləşmişdir. Bu vəhşiliklərin unudulmaması və zəruri dərslərin çıxarılması məqsədilə Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Martın 31-ni “Azərbaycanlıların Soyqırımı Günü” elan edən Fərmanda deyilirdi: “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart soyqırımına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”.

 

Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmışdır.

 

Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmişdir.

 

Qeyd olunmalıdır ki, xalqımıza qarşı bu vəhşiliklər dövlətimizin tam formalaşmadığı, güclü ordunun yaradılmadığı, milli birliyin mövcud olmadığı vaxtlarda baş vermiş və mənfur qonşularımız mövcud çətinliklərimizdən yararlanmışlar. İkinci Qarabağ müharibəsində qazandığımız möhtəşəm qələbə bir daha göstərmişdir ki, Azərbaycan xalqının birliyi təmin olunanda dövlətimiz və qəhrəman ordumuz ən ağır problemlərin öhdəsindən gəlməyə qadirdir. 44 günlük vətən müharibəsində qazanılan möhtəşəm qələbə təkcə azərbaycan əsgərinin qəhrəmanlığını deyil, həm də humanizmini, azad olunmuş ərazilərdə köməksiz vəziyyətdə buraxılan qocalara, qadınlara münasibətdə humanist münasibətini bütün dünyaya nümayiş etdirdi.
Azərbaycan Naminə Alyans Partiyası xalqımıza müraciət edərək tariximiz boyu üzləşdiyimiz soyqırım faktlarını unutmamağa, bu faciələrin bir daha təkrar olunmaması üçün zəruri addımları atmağa, ilk növbədə milli birliyin təmin olunması üçün əlindən gələni etməyə çağırır".


Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR