Arvadı Mahsun Kırmızıgüldən boşanır

08:29 02-04-2022 | icon 427 | Şou-biznes
Arvadı Mahsun Kırmızıgüldən boşanır

Türkiyəli məşhur bəstəkar, müğənni, aktyor, rejissor Mahsun Kırmızıgülün həyat yoldaşı Ece Binay ondan boşanır.

 

53 yaşlı Kırmızıgülün 37 yaşlı həyat yoldaşına xəyanət etməsi ilə bağlı xəbərlər müzakirələrə səbəb olmuşdu.

 

Cütlük məsələ ilə bağlı açıqlama verməsə də, daha qəti addımlarla diqqət çəkib.

 

Belə ki, Binay Kırmızıgül soyadını sosial media profilindən silib. Qızının təhsili üçün ABŞ-da olan Binay boşanma ilə bağlı məhkəməyə müraciət etmək məqsədilə Türkiyəyə qayıdıb.

 

“Evliliklər çox diqqətlə yaşanmalıdır. Belə hadisələrin səbəbini axtarmaq lazım deyil. Bu xəbərlərin çıxması özü də boşanma səbəbidir. Bu səbəbdən boşanıram”, - Binay yaxın ətrafına deyib.

 

Qızları olduğu üçün həssas bir mərhələdən keçən və yaşananlardan şoka düşən Binayın tez bir zamanda boşanmaq istədiyi bildirilir.

 

Qeyd edək ki, keçən həftələrdə Mahsun Kırmızıgülün bir qadınla güzgü qarşısında çəkilən fotosu gündəm olmuşdu.

 

Mahsun Kırmızıgül və vəkil Ece Binay 2016-cı ildə ABŞ-da, Los-Ancelesdə nikah kəsdiriblər. Məşhur cütlüyün 2017-ci ildə Lavin adlı qızları dünyaya gəlib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR